Xəbərdarlıq: Dağlıq ərazilərdə leysan və sel təhlükəsi
Sentyabrın 4–6-da hava şəraiti kəskinləşəcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 4-dən 6-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir.
Proqnoza əsasən, bəzi ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, hətta dolu düşməsi ehtimal olunur. Həmçinin çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.