Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşaqların dinə məcbur edilməsi qanunla qadağan olunacaq

Valideynlər yalnız qarşılıqlı razılıq əsasında uşaqları dini tərbiyə edə biləcək; azadlıq və sağlamlıq qorunacaq

83

Uşaqların dini inanclara məcbur edilməsi qanunla qadağan olunur. Bu məsələ bu gün parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirə edilib.

Təklif olunan qanun layihəsinə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər uşaqları öz dini əqidələrinə və dinə münasibətinə uyğun, qarşılıqlı razılıq əsasında tərbiyə edə biləcəklər.

Qanun layihəsində xüsusi olaraq qeyd olunur ki, uşaqların dini inanclara məcbur edilməsi qəti qadağandır və onların dini tərbiyəsi fiziki və psixi sağlamlıqlarına zərər vurmamalıdır.

Eyni zamanda, yalnız qanunda göstərilən hallarda — ictimai təhlükəsizliyin təmin olunması, ictimai qaydanın qorunması, uşaqların sağlamlığının və mənəviyyatının müdafiəsi, eləcə də digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə — uşaqların dini etiqad azadlığına müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.