Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ukraynadan Rusiyanın hərbi infrastrukturuna zərbə

“İskəndər” raket kompleksinin saxlanma məntəqəsi və “Rubikon” bölməsinin idarəetmə mərkəzi pilotsuz aparatlarla vurularaq məhv edilib.

51

Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal altında olan ərazilərdə Rusiyaya məxsus hərbi obyektlərə zərbələr endirib. Hücumlar nəticəsində “İskəndər” operativ-taktiki raket kompleksinin saxlanma məntəqəsi və “Rubikon” bölməsinin idarəetmə mərkəzi sıradan çıxarılıb.

Bu barədə UNIAN agentliyi məlumat yayıb.

Məlumata görə, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Pasiçne kəndi yaxınlığında yerləşən “İskəndər” raket sisteminin anbarını hədəfə alıb. Dəqiq zərbə nəticəsində ərazidə güclü partlayışların baş verdiyi bildirilir.

Bundan əlavə, Vısoke kəndində yerləşən “Rubikon” bölməsinin uzaqdan idarəetmə məntəqəsi də məhv edilib. Hədəflərin pilotsuz uçuş aparatları vasitəsilə vurulduğu qeyd olunur.

Eyni zamanda, Ukraynanın xüsusi təyinatlı bölmələrinin FP-2 tipli dronlarla Rusiyanın arxa cəbhəsindəki əməliyyat infrastrukturuna zərbələr endirdiyi vurğulanır. 9–14 fevral tarixləri arasında işğal olunmuş ərazilərdə 10-dan artıq hərbi obyektin sıradan çıxarıldığı bildirilib.

Zərbələrin əsasən canlı qüvvənin toplandığı məntəqələrə, sursat və yanacaq anbarlarına, eləcə də hərbi texnikanın yerləşdiyi sahələrə yönəldildiyi qeyd olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.