Ukrayna ordusundan yeni uğur: Donetskdə bir neçə yaşayış məntəqəsi azad edilib
Rusiya qüvvələri geri çəkilməyə məcbur oldu
Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Volodimirivka qəsəbəsini Rusiya ordusundan azad edib. Məlumatı Ukraynanın “DeepState” monitorinq qrupu yayıb.
Bildirilib ki, Ukrayna ordusu Rusiya qüvvələrini Donetsk vilayətinin Razine, Zoloti Kolodyaz və Novotoretske yaşayış məntəqələri ətrafından da geri çəkilməyə məcbur edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə əlavə edib ki, Müdafiə Qüvvələri Donetsk vilayətinin Zariçne kəndi üzərində tam nəzarəti ələ alıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.