Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyə–Ermənistan sərhədi açılır? İlk razılaşma əldə olundu

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə sərhədin qismən açılacağını, Gümrü–Qars dəmir yolunun bərpası barədə razılaşmanın əldə edildiyini bildirib

230

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədin yaxın vaxtlarda qismən açılacağına ümid etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu proses günlər və ya həftələr ərzində başlaya bilər.

Mirzoyan bu açıqlama ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxışı zamanı çıxış edib. Nazir bildirib ki, Ankara və İrəvan artıq Gümrü–Qars dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması ilə bağlı razılıq əldə ediblər.

Erməni XİN başçısı vurğulayıb ki, ilkin mərhələdə sərhədin qismən açılması nəzərdə tutulur və gələcəkdə bu prosesin mərhələli şəkildə tam açılışa doğru irəliləməsi planlaşdırılır. Onun fikrincə, bu addım hər iki ölkənin vətəndaşları üçün müsbət nəticələr verə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.