Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Toylarda yerli ət yerinə Monqolustan və Ukrayna ətindən istifadə edilir

Restoranlar istehlakçılara ətin mənşəyi barədə düzgün məlumat verməlidir

22

Bakıdakı bir sıra restoran və şadlıq evlərində toy mərasimlərində yerli məhsul kimi təqdim olunan ətlər əslində Monqolustandan gətirilən qoyun və Ukraynadan gətirilən mal ətidir. Bu ətlər restoranlar üçün daha ucuz başa gəldiyindən tikəkabab, lüləkabab, basdırma və digər yeməklərdə istifadə olunur. Adi günlərdə də bu ətlərdən müştərilər üçün yemək hazırlanmasında istifadə edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan və Ukrayna ətləri Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir və normal keyfiyyətdədir. Monqolustan əsasən quzu ətini, Ukrayna isə müxtəlif növ ətləri Azərbaycana ixrac edir. Hüseynov əlavə edib ki, bu ətlər donmuş formada gətirilir və yerli məhsullardan daha ucuzdur.

İstehlakçıların məlumatına görə, Monqolustan ətlərinin dadı yerli ətlərdən geri qalır və kabab, digər yeməklərin keyfiyyətinə təsir edir. Hüseynov vurğulayıb ki, restoran və şadlıq evlərinin sahibləri sifariş verən şəxslərə ətin mənşəyini düzgün bildirməlidir: “İstehlakçıların hüququdur ki, sifariş verdikləri məhsulun mənşəyi haqqında məlumat əldə etsin. Əgər restoranlar bu barədə düzgün məlumat vermirsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır və vətəndaşlar dövlət orqanlarına müraciət edə bilər.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.