Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tovuzda ürəkparçalayan yol faciəsi

Gəlininin yerinə işə çıxan 73 yaşlı qadın avtomobil vurdu

37

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın həyatını itirib. Mərhumun 1951-ci il təvəllüdlü Ədalət Bayramova olduğu müəyyən edilib.

İlkin məlumata görə, Ədalət Bayramova səhhətində problem olan gəlininin əvəzinə işə çıxıb. O, rayonun H. Əliyev prospektində yolu keçərkən onu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun gəlini Tovuz rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi işləyirmiş və hadisə zamanı Ədalət Bayramova onun yerinə çıxmışdı. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.