Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Telegram”da kütləvi bloklama dalğası

Platforma son həftələrdə 187 mindən çox qrup və kanalı deaktiv edib, 2026-cı ilin əvvəlindən bloklanan icmaların sayı 7,5 milyona yaxınlaşıb.

35

“Telegram” platforması son həftələr ərzində genişmiqyaslı bloklama apararaq 187 634 qrup və kanalı deaktiv edib.

Fevral ayından bu günədək isə messencer ümumilikdə 2,04 milyon icmaya çıxışı məhdudlaşdırıb. Onlardan 7 116-sının terrorizm ilə əlaqəli olduğu bildirilib.

2026-cı ilin əvvəlindən bəri bloklanan qrup və kanalların ümumi sayı 7,5 milyona yaxınlaşıb. Bu rəqəmə 27 382 terror məzmunu ilə əlaqələndirilən icma da daxildir.

Məlumata görə, platformada 2015-ci ildən etibarən istifadəçi şikayətləri və maşın öyrənməsi əsasında işləyən proaktiv monitorinq sistemi tətbiq olunur. 2024-cü ildən isə süni intellekt əsaslı moderasiya alətləri də nəzarət mexanizminə daxil edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.