Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tehranın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Ermənistandakı iranlılar Tehran rejimi əleyhinə aksiyalarla etiraz səsini yüksəldirlər.

270

Ermənistanda yaşayan iranlılar Tehranın İrəvandakı səfirliyi qarşısında aksiya təşkil ediblər.

Aksiya İranda davam edən anti-hakimiyyət etirazlarına dəstək məqsədilə keçirilib. İştirakçılar “Ağla, molla, Pəhləvi gəlir” və digər şüarlar səsləndiriblər.

İrəvanda keçirilən aksiyalarla bağlı İranın Ermənistandakı səfiri Xəlil Şirqulami rəsmi xəbərdarlıq edib. O bildirib ki, səfirlik önündə etirazlar artıq bir həftədir davam edir.

Səfir həmçinin Ermənistan hakimiyyətini İrana qarşı düşmən qüvvələrə meydan verməkdə günahlandırıb və Tehran bunun heç vaxt unudulmayacağını vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.