Bizimlə həyatınız həmişə işıqlı olacaq!

TƏBİB xəbərdarlıq edir: qrip virusu ölkədə geniş yayılıb

Vaksinasiya ən effektiv müdafiə üsuludur, ağırlaşmalar nadirdir

451

Azərbaycanda qrip virusunun yayılması sürətlənib. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada robotik cərrahi əməliyyat brifinqində jurnalistlərə açıqlama verib.

O bildirib ki, qrip virusu daim dəyişən ştammlardan biridir: “Qripdən ən yaxşı müdafiə vaksinasiyadır. Hazırda təcili yardıma qriplə bağlı müraciətlər çoxalıb. Çox ağırlaşan xəstələrimiz yoxdur. Əsasən uşaqları stasionar müalicəyə cəlb edirik. Ağırlaşma və ölüm halları baş verməyib”, – deyə Vüqar Qurbanov qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.