Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tailanddan Qayıdan Turistlərdə Meymunçiçəyi Aşkarlandı

Yoluxma Nəzarət Altındadır, Təmasda Olanlar Müşahidə Edilir

24

Sankt-Peterburq şəhərində meymunçiçəyi əlamətləri ilə xəstəxanaya yerləşdirilən iki nəfərin Tailand səfərindən döndüyü müəyyənləşib.

RİA Novosti agentliyinin yaydığı xəbərə əsasən, məlumatı Rospotrebnadzorun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə regional idarəsi açıqlayıb. Qurumun rəsmi “Telegram” səhifəsində qeyd olunub ki, pasiyentlər dərhal infeksion xəstəxanaya yerləşdirilib, onların vəziyyəti stabildir və həyati təhlükə yoxdur.

Bildirilib ki, hadisə ilə bağlı epidemioloji araşdırma başlanıb, zəruri profilaktik və əks-epidemik tədbirlər görülür. Xəstələrlə təmasda olmuş şəxslər həkim nəzarətinə götürülüb və yoluxmanın yayılmasının qarşısının alındığı vurğulanıb.

Xatırladaq ki, daha əvvəl RT də şəhərdə oxşar simptomlarla iki nəfərin hospitalizasiya edildiyi barədə məlumat yaymışdı.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.