Browsing tag

Yeni il

“Göygöl” ansamblı Mingəçevirdə konsert verib

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il  münasibətilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Mingəçevirdə konsert verib. Xalq və bəstəkar mahnıları, rəngarəng rəqslərlə yadda qalan konsert Heydər Əliyev meydanında açıq havada 2 saat davam edib. “İgidlər” rəqsi isə konsertə öz möhürünü vurub. Proqramın sonlarına yaxın Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşimova auditoriya qarşısına […]

İcra Hakimiyyəti başçısı Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib

Dekabrın 30-da Mingəçevir Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərini Mingəçevir  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ziyarət edib. Başçı qayğıya ehtiyacı olan uşaqlara salamlarını çatdırıb, can sağlığı arzulayıb. Mingəçevir şəhər Mərkəzi  Xəstəxanasının baş həkimi Eldar Kərimov da balaca fidanların sevincinə şərik olub. Uşaqlar bir neçə saat ərzində qonaqlarla birgə əylənib, bayramın keyfini çıxarıblar. Onların şəninə şux mahnılar […]

Mingəçevir Turizm Koleci 2020-ci ildən yeni korpusda çalışacaq

Başa çatan ildə Mingəçevir Turizm Kollecinin məzunlarının sayı 500-dən artıq olub. 800-ə qədər gənc 2019-cu ildən etibarən kollecdə təhsil almağa başlayıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi kolleci yeni tədris korpusu ilə təmin edib və yeni ildən etibarən kollektiv həmin korpusun imkanlarından istifadə edəcək. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  yeni il münasibətilə Mingəçevir Turizm […]