Mingəçevir 44 gündə
I “Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan hərbi birləşmələri Tərtər, Cəbrayıl, Fizuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub. Azərbaycan ordusu mülki əhalinin təhlükəsiziliyini təmin etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb”. Səhər tezdən bütün televiziya kanalları və sosial şəbəkələrdə bu elanlar yayıldı. Kimisi sevindi, kimisi kədərləndi; bu xəbərləri yalnız xəbərlər proqramında dinləyənlər belə oldu; cəbhəboyu zonalarda […]