Browsing tag

Uşaqlar

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Avropa Nağılları” layihəsini təqdim edir

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Avropa Nağılları” layihəsini təqdim etməkdən məmnundur. Nümayəndəlik bu sosial layihə çərçivəsində 27 Avropa İttifaqının Üzv Dövlətindən nağıl və əfsanələri Azərbaycan dilinə tərcümə etdi. Rəngarəng bir kitab formasında nəşr olunan nağıllar toplusu, ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq. Bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında […]

Azyaşlı uşaqlar tut yeyərkən kişi meyiti aşkarlayıbar

Mingəçevirin H.Əliyev prospektindəki Yeni köçkün qəsəbəsində, 4 saylı binada  yaşayan Vüqar Nəbiyevin meytini  tut yeyən azyaşlı uşaqlar  aşkarlayıblar. Hadisə may ayının 26-da axşam 18 radələrində şəhər avtovağzalının həyətindəki köhnə tikilinin yaxınlığında baş verib. Ağdam rayonundan məcburi köçkün olan 3 uşaq atasının 44 yaşı vardı. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hələ ki, hadisənin necə törənməsinin […]

Məktəbin həyətində küləyə tab gətirməyən ağaclar aşdı

Mingəçevirdəki 12 saylı məktəbin həyətində bir neçə iri gövdəli ağac küləyə tap gətirməyərək aşıb. Xoşbəxtlikdən həmin anlarda orada heç kim olmayıb. Çünki mövcud ərazidə uşaqların həmişə oynadıqlarının şahidi oluruq. Hadisə zamanı xəsarət alan olmasa da sakinlər məktəbin həyətində təhlükə yaradan ağacların çox olduğunu bildirirlər.

Mingəçevirdə baş verən avtoqəzada 13 deyil, 17 nəfərin xəsarət alması ilə bağlı yeni məlumat üzə çıxdı

Xəbər verdiyimiz kimi, mayın 24-də Mingəçevirdə “Opel” markalı minik avtomobilinin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. 4 nəfər stasionar müalicəyə götürülüb, 9 nəfər isə ambulator yardımdan sonra evə evə buraxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində Cinayət […]

Mingəçevirdə avtomobil sürməyi öyrənən şəxs 13 nəfərə xəsarət yetirib

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.  APA TV-nin xəbərinə görə, hadisə Mingəçevir şəhərində Şəfa bağlar yaşayış massivində 4-cü küçədə baş verib. Hərəkətdə olan Opel markalı minik maşını idarəetmədən çıxaraq, küçədə Ramazan bayramını qeyd edən əksəriyyəti uşaqlar olan sakinləri vurub. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, qəzanı avtomobil sürməyi öyrənən qadın sürücü […]

Koronavirus uşaqların bayramını poza bilmədi

Novruz bayramı münasibətilə şəhid ailələrindən olan körpələrə, Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlara  Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilib. Uşaqlarla səmimi görüşən şəhər rəhbəri onlara bayram təbriklərini və xoş arzularını çatdırıb. Başçı uşaqlarla xatırə şəkli də çəkdirib.

Uşaqların fövqəladə hallara hazır olması valideyn məsuliyyətidir

Məlumdur ki, hər zaman hər yerdə hər birimiz təhlükəli bir vəziyyətlə qarşılaşa bilərik.  Müstəqil qərar qəbul etmək və ya özünü müdafiə etmək  qabiliyyəti hələ tam formalaşmayan uşaqların belə təhlükələrlə rastlaşa biləcəyi ehtimalı valideynləri həmişə narahat edir. Bu səbəbdən kiçik yaşlardan belə uşaqları  bəzi elementar təhlükəsizlik qaydaları barədə məlumatlandırmaq lazımdır. Təhlükəli vəziyyətlərdən biri uşağınızın küçədə nəzarətsiz […]

İcra Hakimiyyəti başçısı Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib

Dekabrın 30-da Mingəçevir Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərini Mingəçevir  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ziyarət edib. Başçı qayğıya ehtiyacı olan uşaqlara salamlarını çatdırıb, can sağlığı arzulayıb. Mingəçevir şəhər Mərkəzi  Xəstəxanasının baş həkimi Eldar Kərimov da balaca fidanların sevincinə şərik olub. Uşaqlar bir neçə saat ərzində qonaqlarla birgə əylənib, bayramın keyfini çıxarıblar. Onların şəninə şux mahnılar […]