Browsing tag

təhsil

M.Ə.Rəsulzadə: “Verilən təhsilin son nəticəsi nə olacaq?”

Xülasə Məqalədə  Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadənin pedaqoji  görüşlərindən söhbət açılır. Onun xalqın savadlanmasında məktəbin rolü haqqında fikirləri nəzərdən keçirilir. Uşaqların məktəblərə cəbl edilməsinin əhəmiyyəti barədə düşüncələri qeyd olunur. Ana dilli milli məktəblərin açılmasının vacibliyi haqqında fikirləri nəzərə çatdırılır. Böyük mütəffəkirin milli məktəblərin qarşısında duran əsas vəzifələr barədə görüşlərindən bəhs […]

Biz dəyişiklik toxumunu səpə bildik

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ilin fevral ayının əvvəlindən başlayaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirir Biz layihənin planına uyğun olaraq, fevral ayı ərzində 4 məktəbin 105 valideyni arasında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə ənənəvi sorğular keçirdik. Sorğuda 10 əsas suala […]

Anar İsmayılov hesab edir ki, bu günkü “İxriraçı Gənclər” sabahın alimləridir

Ötən ilin sentyabr ayının 15-dən başlayan “İxtiraçı Gənclər – “Sabahın alimləri” respublika müsabiqəsinə hazırlıq”  layihəsinə bu yekun vurulub. Bu münasibətlə 13 saylı məktəbdə bağlanış və mükafatlandırma mərasimi keçirilib. Dövlət Himni oxunduqdan sonra 7 saylı məktəbin direktoru və layihənin rəhbəri Anar İsmayılov 5 aydan artıq müddət ərzində görülən işlər və əldə edilən nəticələrdən danışıb: “Məqsədimiz yuxarı […]

Paytaxtda çalışan müəllimlər bölgədə də dərslər aparır

Azərbaycan Turizm və Menecment Unuversitetinin 3 müəllimi cari tədris ilindən  Mingəçevir Turizm Kollecində “Zoom” platforması üzərindən turizmyönümlü fənlərin tədrisinə başlayıb. Onlar Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnsitutunun coğrafiya üzrə fəlsəfə doktoru Şahnaz Amanova, Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm coğrafiyası” müəllimi Aynur Hüseynzadə və universitetin dissertantı Elnurə Əliyevadır. Hər 3 xanım tədris zamanı müvafiq dərslərə […]

MTK-da 2021-2025-ci illər üçün Strateji İnkişaf Planını təqdim edilib

29 oktyabr 2021-ci ildə Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov pedaqoji və inzibati heyətə təhsil ocağının  2021-2025-ci illər üçün Strateji İnkişaf Planını təqdim edib. O, bildirib ki, əsas məqsəd ölkənin xidmət sektorunda (mövcud iaşə və turizm sənayesinin digər müəssisələrində) çalışacaq ixtisaslı kadrlar yetişdirmək, bununla da yerli və xarici turistlərin məmnunluq səviyyəsini yüksəltməkdir: “Kollecdə tədrisin keyfiyyətini […]

Xədicə Rüstəmova: “İlk başda ailə həyatım çox gözəl idi”

70 yaşlı Mingəçevir sakini Xədicə Rüstəmova həyatında yaranan çətinlikləri belə dilə gətirdi: “Mən Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam. Biz iki uşaq olmuşuq. Məndən böyük bacım vardı. Anam üçüncü usağı dünyaya gətirərkən uşaq da anam da dünyasını dəyişdi. Mənim bu zaman bir yaşım vardı. Bizi nənəmiz böyüdüb. Mən Xaldan məktəbində oxumuşam. O zamanlar məktəb on […]

Stereotiplər insanların həyatına əngəl törədir

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində nikah yaşı 18 yaş müəyyən olunub. Qanuna görə, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Lakin ekspertlerin fikrinə görə, qız və oğlanların fizioloji yetkinlik yaşı […]

MİQ müdavimləri ödənişsiz əldə etdikləri biletlərlə öz təcrübələrini test edəcəklər

Paytaxtda və ətraf bölgələrdə gənclərin inkişafı ilə məşğul olan bir çox qurumlar və savadlı müəllimlər fəaliyyət göstərir. Amma çox az sayda müəllim və qurum var ki, Dövlət Qulluğuna, YÖS və Magistr imtahanına hazırlaşan gənclərə dəstək çərcivəsində davamlı olaraq ödənişsiz seminar və sınaq imtahanları təşkil edirlər. Mingəçevirdə yaşayan Elçin Mirzəyev belə müəllimlərdəndir. Ziyalı ailəsində böyüyən Elçin […]

Özünə güvənən qadınlar növbəti bələdiyyə seçkilərində

Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində hazırlanıb. “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” […]

Altı uşaq məktəbə gedə bilmir

Mingəçevirdə məskunlaşmış məcbui köçkün ailəsinin 6 az yaşlı övladı imkansızlıq üzündən təhsilini davam etdirə bilmir. Ailə  şəraitsiz fermada dözülməz vəziyyətdə yaşayır. Ailənin məskunlaşdığı ərazi nəinki məktəbə, hətta xəstəxana və bazara da çox  uzaqdır. Həmin ərazidə içməli su da tapılmır. Ailənin başçısı Nizami Allahverdiyev övladlarını atdıqdan sonra uşaqlarının qayğısını ana ilə bərabər 72 yaşlı Gülgəz nənə […]