Browsing tag

Səyyar görüş

İ.İsmayılov: “Sadəcə bütün problemləri bir gündə həll etmək mümkün deyil”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yanvarın 29-da Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə görüşüb. Ölkədə aparılan islahatlardan, eyni zamanda şəhərdə görülən işlərdən danışan başçı bu şəhərin 2020-ci ildə daha böyük uğurlara imza atacağını vurğulayıb. Mingəçevir Dövlət Dram Teatrının aktyoru Aydın Quliyev dam örtüklərinin dəyişdirilməsindən razılıq edib: “Biz 5-ci mərtəbədə […]

Energetiklər qəsəbəsi səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov noyabrın 27-də Energetiklər qəsəbəsində,  8 saylı məktəbin akt zalında sakinlərlə görüşüb. Qəsəbə sakinləri başçının mütamadi olaraq  qəsəbəyə gəlməsi və qaldırılan problemləri həll etməsindən məmnunluqlarını bildirib. Onlar diqqətə çatdırıblar ki, qəsəbə səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır. Belə ki, ərazidə məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaq quraşdırılıb, […]

“Söz verirəm ki, başladığımız bu işlər davamlı olacaq”

Mingəçevir şəhərində İcra Hakimiyyəti başçısının səyyar görüşləri sakinlər tərəfindən rəğbətlə qarşılanır. Çünki illərdən bəri yığılıb qalan problemlərin əksəriyyəti hər görüşdən sonra həllini tapır. 9 oktyabr 2019-cu ildə İH başçısı İlham İsmayılov Ərəş küçəsi 1, 2 və N.Nərimanov küçəsi 13, 15/1 saylı ünvanların sakinləri ilə görüşüb, mövcud ərazidə görülən işlərlə yaxından tanış olub və aidiyyatı qurumların […]

Mingəçevirlilər başçı ilə görüşdə mövcud problemlərini dilə gətirdilər

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü Statistika İdarəsinin binasında baş tutub. Başçı vurğulayb ki, bütün görülən işlər şəhərin baş planına uyğun həyata keçirilir və bu istiqamətdə abadlıq və yenidənqurma davam etdirilləcək: “Çalışacayıq ki, sakinlər  tərəfindən qaldırılan problemlər mərhələ-mərhələ həllini tapsın”. Görülən işləri yüksək dəyərləndirən mingəçevirlilər mövcud problemləri də dilə gətiriblər. Onlar […]

Məhəllələrin işıqlandırılmasına, ağacların suvarılmasına başçı necə kömək edə bilər?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  iyunun 19-da 3 saylı orta məktəbin iclas zalında D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin sakinləri, şəhər ictimaiyyəti nümayəndələri, idarə, müəssisə rəhbərləri və KİV təmsilçiləri ilə görüşüb. Başçı davamlı səyyar görüşlərin ölkə prezidentinin tapşırığı ilə keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu […]

Günəşli yaşayış massivində su-kanalizasiya sistemi yararsız vəziyyətdədir

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Günəşli yaşayış massivində yerləşən 20 nömrəli tam orta məktəbdə təşkil edilib. Başçı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən danışıb. Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən sakinlər qarşılaşdıqları problemləri də diqqətə çatdırıblar. Vurğulanıb ki, […]