Browsing tag

Şəki

300 000 Avro qrantı Azərbaycanda hansı şəhər alacaq: Şəki, Xırdalan, yoxsa Lənkəran?

Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq. Qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. O, Avropa Mədəniyyət Paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını […]

4 sentyabr Şəki Qida Festivalı kimi yadda qaldı

Şəkidəki “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərlinin dediyi kimi,  əsas məqsəd yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etməkdir 2021-ci il sentyabrın 4-də Şəkidə “Marxal” Müalicə İstirahət Kompleksində Qida Festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi […]

Şəkidə gənc xanımlar biznes kursunu uğurla bitiriblər

Iyunun 12-dən 16-dək Şəki ASAN xidmətdə təşkil edilən gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimlərinə müvəffəqiyyətlə yekun vurulub. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı Counterpart İnternational təşkilatı tərəfindən icra olunur.   Təlim proqramı çərçivəsində Şəki və ətraf bölgədən olan 30 nəfər qadın iştirakçıya 5 gün ərzində sahibkarlıq, biznes […]