Rövşən Rzayev: “Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzil məhkəmə yolu ilə boşaldılacaq”
Mayın 19-da Mingəçevirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib. Onların əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış […]