Məhəbbət faciəsindən bəhs edən “Qanlı toy” Mingəçevir teatrında
Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirilən iki pərdəli “Qanlı toy” tamaşası ispan yazıçısı Federiko Qarsiya Lorkanın eyni adlı əsərinin motivləri əsasında hazırlanır. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın hazırlıq prosesinə Gənc Tamaşaçılar Teatrından daha bir mütəxəssis- Ceyhun Dadaşov da cəlb olunub. Quruluşçu rəssam Kəmalə Əgərova, səs […]