Gözümüz üstündə yerin var, Samir
Noyabrın 27-də Azərbaycan bayraqları ilə bəzədilmiş bir neçə maşın Mingəçevirə, Ü.Hacıbəyov küçəsindəki 78 saylı binanın qarşısına gəldi. Onların səs siqnalları ətrafdakı insanların da məhəlləyə yaxınlaşmasına səbəb oldu. Yaralı halda maşından enən 28 yaşlı Samir Tacızadəni alqışlarla, sevinc yaşları ilə dostları, ailəsi, ata-anası, qohum-qonşuları, əzizləri əhatəyə aldılar. Onun ayaqları altında qurban kəsildi. Hamı valideynlərinə gözaydınlığı verirdi. […]