Browsing tag

Qayıdış

Məcburi köçkünlərlə Mingəçevirdə növbəti dialoq

Martın 2-də Mingəçevir Media Mərkəzində dördüncü dialoq Xocalı və Şuşadan köçkün düşmüş insanlarla keçirilib. Onlar 30 il qabaq doğma yurdlarının düşmən tapdağına keçməsi zamanı yaşadıqları ağrılardan danışıb və azad edilmiş torpaqlarına dönəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər. Köçkünlər erməni silahlı birləşmələrinin Xankəndi və Xocalıda, Şuşanın kəndlərində qaldığı hazırkı şəraitdə birgəyaşayışın mümkün olmadığını vurğulayıblar. Xocalı köçkünü Zahir […]

Mingəçevirdə ikinci dialoq

Fevralın 15-də Xocavənd, Ağdam və Kəlbəcər rayonlarından olan 10 məcburi köçkünün iştirakilə Mingəçevir Media Mərkəzində ikinci dialoq keçirilib. Bir saat yarım davam edən tədbirdə məcburi köçkünlərin qayıdışı ilə bağlı Azərbaycan Prezidentinin, Qaçqın və Məcbiri Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlər, eyni zamanda qayıdış ərəfəsində köçkünləri narahat edən məsələlər müzakirə olunub. Görüş iştirakçıları vurğulayıblar ki, […]

MVA-dan “Böyük Qayıdış”a dəstək

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Böyük Qayıdış”a dəstək göstərmək üçün yeni layihəsinə start verib. Layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, ilk növbədə köçkünlərin Mingəçevir şəhərində məskunlaşdığı 10 məntəqədə sorğu və 3 məntəqədə dialoq aparmaq nəzərdə tutulub: “Biz müxtəlif yaş və sosial statusda olan 110 nəfəri sorğuya və 3  qrup üzrə 30 […]