Browsing tag

Qarabağ

“Zəfər Parkında oğlumun şəkli olmayacaq”

Vətən müharibəsi qazisi, baş-leytenant Dünyamin Məmmədovun ölümünün ildönümüdür. Qəhrəmanımız 2021-ci il iyul ayının 5-də Laçında xidmət zamanı sətəlcəm olub. Səhhəti gərginləşən Dünyamin Məmmədov Bakıda bir neçə xəstəxanada müalicə alsa da, böyrək çatışmazlığından dünyasını dəyişib. 1993-cü ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Dünyamin Məmmədov uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb.  Doğmalarının söylədiyinə görə qəhrəmanımız […]

BMT nümayəndələrinin Şuşada tədbirdə iştirakına Yerevanın reaksiyası və Bakının cavabı

Azərbaycanın BMT-yə daxil olmasının 30 illiyinə həsr olunmuş tədbir ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdan Şuşa şəhərində keçirilib. Tədbirdə Bakıda akkreditasiyadan keçmiş Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də iştirak edib. Rəsmi Yerevan bu tədbirin Şuşada keçirilməsi ilə bağlı etirazını bildirib. Azərbaycan XİN Ermənistanın reaksiyasını cavabsız qoymayıb. Nə baş verib? Martın 18-də xarici işlər naziri Ceyhun Bayramovun və prezident köməkçisi […]

“Qələbə Şəhidləri”nin növbəti cildi salyanlıların görüşünə gəldi

Martın 18-də “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi salyanlı şəhid ailələrinin üzvləri ilə görüşə “Qələbə Şəhidləri” kitabının dördüncü cildinin təqdimatı ilə gəlib. Mərkəzi Kitabxanada baş tutan görüşün iştirakçıları Rayon İcra Hakimiyyətinin Müharibə və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rəşad Kazımovun təklifi ilə Vətən müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Məclisə aparıcılıq […]

“XIII post” adlı qısametrajlı film ictimaiyyətə təqdim edilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İşıqlı Gələcək” GİB tərəfindən həyata keçirilən “XIII post” layihəsi çərçivəsində hazırlanan eyniadlı qısametrajlı film ictimaiyyətə təqdim edilib. Vətən müharibəsi hadisələri ilə bağlı hazırlanan, könüllülərin iştirakı ilə çəkilən filmin ssenari müəllifi və rejissor Fərid Zülfüqardır. Filmin çəkilişləri Mingəçevir və ətraf ərazilərdə baş tutub. Qeyd edək ki, layihənin əsas məqsədi […]

Агдам и Джабраил: как выглядят переданные Азербайджану города после войны с Арменией за Карабах

Журналисты РБК одними из первых побывали на переданных Азербайджану территориях Карабаха. Сразу после заключения мирного соглашения они сняли репортаж, как итоги конфликта переживают в Армении. Теперь съмочная группа РБК отправилась в Азербайджан: пообщались с беженцами из Карабаха и своими глазами увидели последствия войны.

Nofəl Qasımov: “Natiqin sağ olması xəbəri türk mətbuatında da yayılıb”

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. Mingəçevirdə yaşayıb. Şəhərdəki 4 saylı tam orta məktəbin məzunudur. 1991-92-ci illərdə “Qarabağ Şahinləri” adlı könüllü dəstənin tərkibində döyüşüb. 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün […]

Ölüm qoxulu xəbərlər

143 yaşlı gənc. Bu gün Azərbaycan mediasını belə də adlandırmaq olar. Dünya mediası ilə müqayisədə əlbət ki, Azərbaycan mətbuatı gənc görsənə bilər. Gənc deyəndə qeyri-ixtiyarı adamın ağlına təcrübəsiz, dünyagörüşsüz, özünü idarəetmədə bolluca səhvlərə yolvermələr gəlir. Amma Milli Mətbuatımızın yaranışından ötən 143 ilə nəzər salsaq, dünyanın inkişaf etmiş dövlətləri sırasında bir çox uğurlarımızla qürur duya biləcək […]