Browsing tag

qarət

Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan şəxs ev sahibinə xəsarət yetirib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsi 81 ünvanında baş verib. Həmin binanın ikinci mərtəbəsindəki 22 saylı mənzilə daxil olan naməlum şəxs ev sahibi olan ahıl insanlara yardım məqsədilə gəldiyini deyib. Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb. Vəziyyətin qarət olduğunu anlayan xanımı  qışqıraraq kömək istəyib. […]

Mingəçevirdə iş adamının evinə basqın edilib

Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı […]

Mingəçevirdə mənzildən oğurluq edilib

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 9 a ünvanında baş verib. Beşmərtəbəli binanın birinci mərtəbəsindəki Arif Abdulkərimova məxsus mənzil qarət olunub. Axşam saat 20:00–21:00 radələrində mənzilə eyvandan daxil olan şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıb. Həmin şəxslərin tapılıb-tutulması istiqamətində əməliyyat aparılır.