“Qələbə Şəhidləri”nin dördüncü cildi oxucuların görüşünə gələcək
“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyələşdirdiyi layihə “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” adlanır. Layihə bu ilin fevral-aprel aylarını əhatə edəcəkdir. Tədbirlər çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulub. Fevralda ştatlar müəyyənləşdiriləcək və […]