EHİM “Rəqəmsal icra hakimiyyəti” portalı üzrə yerli icra hakimiyyətləri ilə təlimlərə başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılmış “Rəqəmsal icra hakimiyyəti” portalının onlayn rejimdə təqdimatı keçirilib. Portal barədə geniş təlim Gəncə şəhəri, Quba və Masallı rayonlarının yerli icra hakimiyyətləri üçün ayrı-ayrılıqda təşkil olunub. Onlayn görüşdə qeyd edilən rayonların icra hakimiyyətlərinin aidiyyəti əməkdaşları iştirak ediblər. […]