Polislər qəzaya məruz qalan hamilə qadını xilas etdilər
Körpəyə onların adı veriləcək Mingəçevirin N. Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yol qəzası zamanı maşında olan Zərdab rayon sakini, 28 yaşlı Aişə Heydərovanı Yol Patrul Xidmətinin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı xilas etməyə müvəffəq olublar. Onlar hamilə qadını dərhal xəstəxanaya çatdırblar. Həyacan keçirən qadın doğum evində deyil, “Acil” şöbəsində oğlan uşağı dünyaya gətirib. […]