“Kür” OTİM-in qarşısında qəza nəticəsində iki qadın ağır yaralandı
Bu gün, oktyabrın 15-də saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında ağır nəticələrə səbəb olan yol qəzası baş verib. Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, 99 CB 991 nömrəli KİA markalı nəqliyyat vasitəsi 66 BX 906 nömrəli VAZ markalı maşını, sonra isə yolu keçmək istəyən iki qadını vurub. Hər iki piyada ağır [...]