Browsing tag

MVA

Biz dəyişiklik toxumunu səpə bildik

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ilin fevral ayının əvvəlindən başlayaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirir Biz layihənin planına uyğun olaraq, fevral ayı ərzində 4 məktəbin 105 valideyni arasında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə ənənəvi sorğular keçirdik. Sorğuda 10 əsas suala […]

QAYIDIŞA APARAN CIĞIR

1.ÜMUMİ MƏLUMAT 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – keçmiş Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox […]

Fərman Nəbiyev: “Məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır”

Mingəçevir Media Mərkəzidə gerçəkləşən təlimlərdə iştirakçılar jurnalistikanın əsas prinsipləri və janrları, xəbər hazırlamağın və mövzu seçməyin yolları barədə bilgilərə yiyələniblər. Təşkilatçı və təlimçi Fərman Nəbiyev deyib ki, məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır: “İstəyirik ki, bölgə gəncləri aktiv olsun, fikrlərini rahat ifadə etməyi bacarsın, baş verən hadisələrə laqeyd qalmasınlar.” F.Nəbiyevin sözlərinə görə, dekabrın əvvəllərindən MVA yeni […]

500-dək könüllü Su Hövzəsinin ətrafını təmizlədi

Bu gün Beynəlxalq Könüllülər Günüdür. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA İB) prezidenti Fərman Nəbiyevin sözlərinə görə, BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib: “O vaxtdan etibarən könüllülər bütün dünyada cəmiyyətə öz töhfələrini verirlər. Sevindiricidir ki, Mingəçevir könüllüləri […]

Dövlət yeni idarəetmə formasına keçən köhnə binalara dəstək göstərəcək

Avqustun 2-də İqtisadiyyat Nazirliyində Mənzil-kommunal siyasəti şöbəsinin nümayəndələri ilə MVA-nın rəhbəri Fərman Nəbiyevin məsləhət görüşü olub. Görüş Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində baş tutub. 2 saatdan artıq davam edən görüşdə İqtisadiyyat Nazirliyinin […]

Son 3 gündə paytaxtdan kənarda 1 MMMC təsis edildi, ikisi isə yaranmaq üzrədir

“Mingəçevir Valideynlər Assosiasiyası” Ictimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə çoxmənzilli binalarda yeni idarəetmə formasına keçidlə əlaqədar ümumi yığıncaqların  keçirilməsinə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin (MMMC) yaradılmasına praktiki və hüquqi yardımlar  davam etdirilir. Bu məqsədlə iyulun 14-də Mingəçevirdə, Natəvan küçəsindəki 30/3 saylı, iyulun 16-da isə Dilarə Əliyeva və Molla Pənah Vaqif küçələrindəki 14 saylı ünvanlarda sahə mülkiyyətçilərinin […]

MVA QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 5 məhəllədə mənzil mülkiyyətçiləri ilə görüşüb

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində iyunun 27-dən 29-dək şəhər əhalisi ilə məhəllələrdə görüşləri davam etdirib. Bu dəfə müzakirələr Təbriz 21 və 23, Dilarə Əliyeva 14, M.P.Vaqif 14 və […]

MVA çoxmənzilli binaların idarə olunmasıyla bağlı yeni layihəsinə start verib

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi mayın 10-da Mingəçevir Media Mərkəzində ictimaiyyət nümayəndələrinə yeni layihəsni təqdim edib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi barədədir. Məqsəd İqtisadiyyat Nazirliyi, Mingəçevir Bələdiyyəsi və İqtisadi Təşəbbüslərə Yardım İctimai […]