Müstəqilliyi qorumaq üçün zaman-zaman şəhid vermişik
Mingəçevir Məscidinin Dini İcması Mingəçevir Media Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı gənclərlə ictimaiyyət nümayəndələrinin görüşünü təşkil edib. Bakı İslam Universitetinin məzunu Pünhan Hüseynov diqqətə çatdırıb ki, xalqımız Azərbaycanın müstəqilliyini qorumaq üçün zaman-zaman şəhid verib: “Aprel düyüşlərində də igid əsgərlərimiz əllərindən gələni etdilər və torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər”. Mingəçevir Dövlət Universitetinin baş […]