Şəhər İcra Hakimiyyətinin başçısı Energetiklər qəsəbəsində sakinlərlə görüşüb
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun 30 yanvar tarixdə növbəti səyyar görüşü Energetiklər qəsəbəsində oldu. Fazil Əzimov və Yadigar Mansurov küçələrinin qarşısında düzənlənən tədbiri giriş sözüylə açan şəhər rəhbəri vurğuladı ki, ölkə prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqları əsasında indiyə qədər ayrı-ayrı məhəllələrdə keçirilən səyyar görüşlərdə şəhər sakinləri həlli vacib hesab edilən problemlərin aradan qaldırılmasını […]