Mingəçevirin 40 məktəblisi növbəti tur-aksiyada iştirak edir
“Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Mingəçevir məktəbliləri Lənkaran, Masallı və Astara rayonlarını daha yaxından tanıyacaqlar. Tur-aksiyada iştirak edəcək şagirdlər əvvəlcə Mingəçevirdəki Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Onlarla görüşən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov bildirib ki, Azərbaycanda həyata […]