Browsing tag

Mingəçevir

Başçı ilə növbəti görüşdə çoxsaylı problemlər qabardıldı

3 aprel 2019-cu ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Xətai küçəsindəki 2, 4 və Nəriman Nərimanov küçəsindəki 44 saylı binaların sakinləri ilə səyyari görüş keçirib. Dövlət başçısının son vaxtlar əhalinin maddi rifahının yüksəldilməsi məqsədilə minimum pensiya, əmək haqqı və müavinətləri artırması, banklardan alınan kreditlərin ödənilməsi, zəlzələdən və yanğından zərər çəkənlərə yardımların göstərilməsi istiqamətində […]

Erməni millətçilərinin son 200 ildə törətdikləri qanlı cinayətlər yada salındı

Martın 29-da  Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP ŞT ilə birlikdə 31 Mart-Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə konfrans təşkil edib. Konfransdan öncə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə şəhid soydaşlarımızın xatirəsi ehtiramla yad edilib,  ruhlarına dua oxunub. YAP ŞT-nın konfrans zalında davam edən tədbiri  açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov erməni millətçilərinin son […]

Mingəçevirin köhnə su xətləri suvarma məqsədilə istifadə olunacaq

Mingəçevirdə içməli su xətlərinin yenidən bərpasından sonra son illər şəhərdə yaşıllığın suvarılmasında narahatlıq yaşanırdı. Amma problem artıq həllini tapıb. Bu barədə Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov martın 28-də sakinlərlə növbəti səyyar görüşündə məlumat verib. Görüş şəhərin 20 Yanvar küçəsi 18, 19 və 20 ünvanlarındakı hündürmərtəbəli  binaların qarşısında baş tutub. Sakinlər şəhərdə aparılan quruculuq-abadlıq […]

Mingəçevirdə yol qəzası baş verib, yaralananlar var

Yüksək sürətlə hərəkət edən “Niva” markalı  avtomaşın “Hunday” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Kənan Şükürov və Leyla Şükurova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya qaldırılıb. Məlumata görə Leyla Şükürovanın xəsarəti  daha ciddidir. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə təhlükəsizlik orqanlarının bayramında 100 illik tarixin səhifələri vərəqləndi

Martın 28-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının 100 illik yubileyi qeyd edilib. Ulu öndərin abidəsi önünə gül qoyma mərasimindən sonra mərkəzin konfrans zalında təhlükəsizlik orqanlarımızın fəaliyyəti ilə bağlı film nümayiş olunub. Filmdə ölkədə sabitliyin qorunmasında, eyni zamanda Bəxtiyar Vahabzadə, Xəlil Rza, Eldar Quiyev kimi ziyalıların sovetlərin kəsəkəsindən müdafiə olunmasında H.Əliyevin rolundan danışılıb. […]

Mingəçevirdə təhlükə saçan iri gövdəli ağaclardan biri aşdı

Bu  gün səhər saatlarında Mingəçevir  şəhərinin M.Füzuli küçəsindəki  19/87 saylı ünvanda, beş mərtəbəli binanın qarşısındakı iri gövdəli cinar ağacı aşıb. Bina sakinlərinin bildirdiyinə görə, bu ağac  təhlükə yaratmasına baxmayaraq, onun altinda oturanlar da az deyildi. Ağac aşarkən xöşbəxlikdən həyətdə  heç kim  olmayıb. Sadəcə sakinlərin paltar asılqanlarına ziyan dəyib.

Mingəçevirdə təhlükə saçan iri gövdəli ağaclardan biri aşdı

Bu  gün səhər saatlarında Mingəçevir  şəhərinin M.Füzuli küçəsindəki  19/87 saylı ünvanda, beş mərtəbəli binanın qarşısındakı iri gövdəli cinar ağacı aşıb. Bina sakinlərinin bildirdiyinə görə, bu ağac  təhlükə yaratmasına baxmayaraq, onun altinda oturanlar da az deyildi. Ağac aşarkən xöşbəxlikdən həyətdə  heç kim  olmayıb. Sadəcə sakinlərin paltar asılqanlarına ziyan dəyib.

9 yaşlı İbrahim 8-ci dəfə çempiondur

Alpaqut Turan döyüş sənətinin sirlərinə yiyələnən Mingəçevir “Tayçszi–Çsyuan” idman-sağlamlıq klubunun 9 üzvü bu günlərdə şəhərimizə 9 medal gətirib. Onlar Bakıda, Şağan Olimpiya  İdman Kompleksində  keçirilən  V respublika çempionatına qatılıblar. 40-a yaxın idman klubunun təmsil olunduğu yarışda mingəçevirlilərin beşi 1-ci, üçü 2-ci və biri isə 3-cü mükafata layiq görülüb. Bu barədə qəzetimizə klubun məşqçi müəllimi, karate […]

Narın yağış altında baş tutan Novruz şənliyi

Martın 19-da narın-narın yağış çiləməsinə baxmayaraq, mingəçevirlilərin ümumşəhər şənliyi Səməd Vurğun adına meydanda baş tutub. Hər tərəfi al-əlvan plakat və pannolarla, yaşıl səməni, Novruzun digər rəmzləri ilə bəzədilmiş meydan bayramı hərəkətə gətirən iştirakçıların ixtiyarına verilib. İdmançılar, xüsusən də pəhləvanlar öz qabiliyyətlərini göstəriblər. Meydan boyu tonqal ətrafına cəmləşən müəllim və şagirdlər bayram münasibətilə hazırladıqları əl işlərini, […]

Novruz gəlib, qapıdadır

Qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Aşıqlar da vücudnamələrində “Ab, atəş, xak, badan yarandım” deyiblər. Yəni insan su, od, torpaq və yelə bağlıdır. Elə Novruza qədər qeyd etdiyimiz bayram çərşənbələri də bu ünsürlərlə əlaqələndirilir. İslam dini Yaxın Şərq və Orta Asiyada yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin adət-ənənələrini, […]