Browsing tag

Mingəçevir

Uğurlar çoxdur, amma maneələr də qalmaqdadır

Mayın 10-da Mingəçevir Şəhər İcra Hakimiyyətində 2019-cu  ilin birinci rübü üzrə  Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İcra Hakimiyyəti başçısı İlham İsmayılov hesabat verərək bildirib ki, aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə […]

Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

Hadisə bu gün səhər saatlarında Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsindəki  7 saylı ünvanda baş verib. 2000-ci il təvəllüdlü Teymurova Elnarə Elçin qızı yaşadığı həmin binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Nəticədə ağır bədən xəsarətləri alan qız dərhal xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.  Faktla bağlı araşdırmalara başlanılıb.Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən […]

“Şəhərsalma planı bir nəfərin istəyinə uyğun həyata keçirilə bilməz”

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Şəhərsalma və Tikinti Məcəlləsi”nin izahına dair növbəti seminarını Mingəçevirdə və Yevlaxda dövlət qulluqçuları üçün təşkil edib. Azərbaycan Respublikası Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, şəhərsalma sahəsində nizam-intizam yaratmaq, nəyin harda tikilə biləcəyinə və […]

Mingəçevirdə 1116 yeni iş yeri açılıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşünü  mayın 1-də N.Nərimanov küçəsindəki  4, 6, 8, 10 və 12 saylı binaların həyətində  yaradılan nümunəvi məhəllədə keçirib. Bu ünvanlarda həyətlər abadlaşıb, küçələrə asfalt döşənib, yeni yaşıllıqlar salınıb, binaların fasadı, pəncərə qəfəslərinin içərisi tamamilə yenilənib. Binaların giriş hissəsinə qapılar qoyulub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib […]

Mingəçevirdə daha bir nümunəvi məhəllə yaradılır

Mingəçevirdə daha bir nümunəvi məhəllə yaradılır. N.Nərimanov küçəsindəki 10, 12, 14 saylı və Xəzər küçəsindəki 4 və 6 saylı binaların qarşısında abadlıq-quruculuq işləri davam edir. Belə ki, məhəllədə qurumuş ağaclar budanır, yeni ağac tingləri əkilir və suvarılır, binaların fasad hissələri, dəhlizləri əsaslı təmir edilir  və  uşaqlar üçün idman qurğuları  quraşdırılır.

Qadınların cəmiyyətdə rolunu artırmaq, sosial statusunu yüksəltmək üçün

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində Mingəçevirdə “Qadın hüquqları” üzrə seminar keçirib. Layih’nin ekspert Məftunə İsmayılova ailənin sosial-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətlərin uşaqlara və  sosial rollara təsiri, uşaqların davranışlarının qiymətləndirilməsi, valideynlik bacarıqları barədə məlumat […]

Mingəçevirdə aprel şəhidinin xatirəsi anılıb

Aprel döyüşlərindəki  qələbədən 3 il keçdi. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-şəhid adına yüksələnlər xalqımızın and yerinə çevriliblər.  Onların xatirədi dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimaiyyətinin nümayəndələri aprel şəhidi Qasımov Teymur Sabir oğlunun növbəti […]

Elman balıq ovundan həm ləzzət alır, həm də qəpik-quruş qazanır

Kür sahilində  balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Onlar “həm ziyarət, həm ticarət” deyiminə əsaslanaraq, vaxtlarının bir hissəsini gözəl təbiətin qoynunda, çay qırağında keçirirlər. Nəticədə həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar. Həvəskar balıqçı Elman Süleymanov da Mingəçevir sakinidir. İlin hansı fəsli olur-olsun, o, Kürün  sahilinə gələrək balıq […]

“Kür qırağının əcəb seyrangahı var…”

Azərbaycanınn 10 milyonuncu vətəndaşının doğulması bütün ölkəmizdə olduğu kimi Mingəçevirdə də böyük atəşfəşanlıqla qeyd olundu. Aprelin 7-də  səhər tezdən başlayaraq, bütün küçə və məhəllələrdə ağacəkmə və təmizlik kampaniyası baş tutdu. Əsl bahar havası olduğundan nahardan sonra  mingəçevirlilər Kür sahilindəki istirahət parkına gələrək, mədəniyyət şöbəsinin hazırladığı konsert proqramını izlədilər. UGİM-in təqdim etdiyi rəqslər, MTK tələbələrinin flaşmobu […]

Könüllülər İH-də nə edəcəklər?

3 aprel 2019-cu ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov İH-də könüllülük fəaliyyəti ilə məşğul olacaq gəncləri qəbul edib. Tədbirə dəvət olunmuş könüllülər özlərini təqdim etdikdən sonra başçı bildirib ki, onlar müraciət edən xeyli gəncin içindən seçilib: “İcra Hakimiyyəti könüllülük fəaliyyəti ilə bağlı qanuna və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı”na müvafiq olaraq, öz […]