Browsing tag

Mingəçevir

Xəstənin peşəkar həkimin əlinə düşməsi və tibbi sığortası vacibdir

Bu gün səhər saatlarından Mingəçevirdə “İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb. Mingəçevir Dövlət Dram Teatrının tamaşa salonunda baş tutan tədbirə 20 bölgədən 200-dən artıq həkim, həmçinin Moskva, Bakı və Gəncədən tibb elmləri üzrə alimlər qatılıb.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Şükür Eyvazov İTS-nın Azərbaycan modeli barədə […]

İsti olmağına baxmayaraq, şəhərimizə istirahətə gələnlərin sayı artır

Kür çayı bu şəhəri iki hissəyə ayırır. Sərin hava udmaq və istirahət üçün Mingəçevirdə çayın rolu çox böyükdür. Yay fəsli girər-girməz Kürün sahilində böyük insan izdihamı müşahidə edilir. Əksəriyyət burda gəzməyə üstünlük verir. Bəziləri isə balıq tuturlar. Kiçik balıqları övladının arzusu ilə tutanlar tilovda ovunu çox da gözləmirlər. Hava isti olsa da çaydan gələn sərinlik […]

Dövlət qulluqçularının bu ilki bayramı nə ilə yadda qaldı?

Mingəçevirdə vaxtaşırı müxtəlif tədbir və mərasimlərdə görünən, əhalinin yanında olan və dərd-sərini eşidib, problemlərinin həllinə yardım göstərən dövlət qulluqçuları iyunun 22-də özləri bir araya gələrək, peşə bayramlarını qeyd ediblər. Heydər Əliyevin abidəsini ziyarət edtikdən sonra onlar İcra Hakimiyyətinin konfrans zalında fikirlərini bölüşüblər. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov tədbir iştirakçılarına xatırladıb ki, respublikamızda aparılan […]

Gecə saatlarında yanğın Mingəçevirdə 5 evi ağuşuna aldı

Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı “üçüncü” qəsəbə adlanan ərazidə gecə saatlarında yanğın qeydə alınıb. İlyas Misirovun yaşadığı mənzildən başlayan alov tez bir zamanda qonşu evlərə keçib. Alovun qarşısını almaq mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb və onların köməyi ilə çətinliklə olsa da yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində 3 yaşayış evi əşyları ilə birgə […]

Energetiklər qəsəbəsinin abadlaşdırılmasına Naxçıvan küçəsindən başlandı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və idarə, müəssisə rəhbərləri Energetiklər qəsəbəsində Naxçıvan küçəsinin asfaltlanma işlərinə baxış keçiriblər. Hələ ki,  asfaltlanma Naxçıvan küçəsindən  C.Əliyev küçəsinə qədər olan hissədə aparılacaq və gələn həftənin sonuna qədər tamamlanacaq. Daha sonra Natəvan küçəsinə qədər davam etdiriləcək. İlham İsmayılov baxış zamanı ictimaiyyət nümayəndələrinə bildirib ki, Prezident onu  başçı təyin […]

“NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşdü

Bu gün şəhərin M.Maqomayev küçəsi  istiqamətində hərəkətdə olan iki avomobil – “Mersedes” markalı 99 FS 709 və “NAZ Lifan” markalı 45 BF 759 nömrəli avtomobillər toqquşub. Nəticədə “NAZ Lifan” zərbənin gücündən piyada yoluna düşüb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Xoşbəxlikdən sürücü və başqa şəxslər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Bu il Mingəçevir məktəblərindən 765 nəfər məzun olub

İyunun 14-də şəhərin bütün məktəblərində, o cümlədən yeni təmir olunmuş şəhid Rüstəm Qəhrəmanovun adını daşıyan 14 nömrəli tam orta məktəbdə son zəng  mərasimi keçirilib. Məzunlar 11 ildə qazandıqları nəticələrə görə müəllimlərinə minnətdarlıqarını bildiriblər. Tədbirə toplaşanlar şagirdlərin ifasında rəngarəng konsert proqramını maraqla izləyiblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2018-2019-cu tədris ilinin başa çatması münasibəti […]

Mingəçevir bələdiyyəsi yeni bir abad məhəllə yaradıb

Mingəçevir bələdiyyəsi “Aran” məhəllə komitəsinin müraciətini nəzərə alaraq, 20 Yanvar küçəsindəki 18, 20 və 22 №li binaların qarşısındakı boş ərazidə abad məhəllə layihəsini həyata keçirib. Yararsız halda olan həmin ərazi yaşıllaşdırılıb, səliqə-salmana salınaraq abadlaşdırılıb. Məhəllədə məktəb yaşlı uşaqlar üçün futbol və basketbol meydançası tikilib. Kiçik yaşlı uşaqların əylənməsi məqsədi ilə ortada əyləncə meydançası yaradılıb. Meydançada […]

Mingəçevirdə mənzil mülkiyyətçilərinin şəhər konfransı baş tutdu

“Bu gün əsas vəzifə çoxmənzilli yaşayış binalarını mənzil mülkiyyətçilərinin tam mülkiyyətinə verilməsinə nail olmaqdır. Bu iş təkcə maarifləndirmədən keçmir, eyni zamanda əhaliyə praktiki və hüquqi aspektdə yardım göstərilməsinə ehtiyac var. Belə ki, mülkiyyətçilərin qanunun tələblərinə uyğun şəkildə ümumi yığıncaqlarının keçirilməsi, protokolların tərtib olunması, digər sənədlərin hazırlanması və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunması başlıca şərtdir. […]

Mingəçevir qəbiristanlığından köhnə su xəttini oğurladılar

Hadisə 4 saylı sağ sahil qəbiristanlığında baş verib. 100 metrdən çox uzunluqda köhnə və hazırda ehtiyat su xətti kəsilərək oğurlanıb. Ötən ilin sentyabrında qəbiristanlığa yeni su xətti çəkilib və davamlı istismar olunan da hazırda məhz o xətdir. Yəni qəbiristanlıqda oğurluqdan sonra su problemi yaşanmır. Bununla belə qəbiristanlığa məxsus dəmir xəttin kəsilməsi xoşagələn hal deyil və […]