Browsing tag

Mingəçevir

“Ölüm mələyi” qapımızın ağzındadır

2 ay öncə Yanvarın 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə səyyar görüşü keçirilirdi. Mən də mətbuat işçisi kimi burada iştirak edirdim. Adamlar dərd-sərlərini çatdırandan və cavablarını alandan sonra başçı zala göz gəzdirdi: “Daha kimin sualı var?” Qalxıb dedim ki, məni şəhərdə koronavirusla […]

“İntellekt döyüşü”nün qalibi “Go” komandası olub.

2 fevral Gənclər Gününə həsr olunan yarış zamanı gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən, tarix, ədəbiyyat, mədəniyyət, milli-mənəvi dəyərlərimiz və ümumi dünyagörüşünü əks etdirən suallar səsləndirilib. Gənclərdə dünyagörüşünün formalaşdırılması, intellektual oyunlara olan marağın gənclər arasında təşviq olunması, intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaradılması və gənclərin kollektiv oyunlara olan marağının artırılması məqsədilə keçirilən […]

Anam xahiş elədi ki, sözünü başçıya çatdırım…

Jurnalist olduğumdan şəhərdə keçirilən əksər tədbirlərə dəvət alıram. Hamısında iştirak etməyə həvəsim və zamanım çatmasa da, çalışıram ki, informasiya əldə etmək üçün kənarda qalmayım. Yanvarın 8-də İcra Hakimiyyəti  başçısının 11 saylı məktəbdə sağ sahil qəsəbəsinin sakinləri ilə görüşünə isə getməyə bilməzdim. Bunun səbəbini bir azdan izah edəcəyəm. Bu, başçının 2020-ci ildə sakinlərlə ilk görüşüydü, son […]

“Göygöl” ansamblı Mingəçevirdə konsert verib

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il  münasibətilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Mingəçevirdə konsert verib. Xalq və bəstəkar mahnıları, rəngarəng rəqslərlə yadda qalan konsert Heydər Əliyev meydanında açıq havada 2 saat davam edib. “İgidlər” rəqsi isə konsertə öz möhürünü vurub. Proqramın sonlarına yaxın Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşimova auditoriya qarşısına […]

Mingəçevirdə “III Bahar” Festivalı keçirilib

Dekabrın 20-də Mingəçevirdə H.Əliyev Fondunun Regional Inkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “III Bahar” Festivalı keçirilib. Uzun illər Mingəçevirin təhsil sahəsində məsul vəzifələrdə çalışmış, indi isə təqaüddə olan Validə Əlizadə tədbirlə bağlı qonaqlara və media nümayəndələrinə məlumat verib. O, deyib ki, 2019-ci ilin sosial layihələrin qalibi kimi dəyərləndirilən layihə iki günü əhatə edir. Birinci gün Bakı, […]

Energetiklər qəsəbəsi səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov noyabrın 27-də Energetiklər qəsəbəsində,  8 saylı məktəbin akt zalında sakinlərlə görüşüb. Qəsəbə sakinləri başçının mütamadi olaraq  qəsəbəyə gəlməsi və qaldırılan problemləri həll etməsindən məmnunluqlarını bildirib. Onlar diqqətə çatdırıblar ki, qəsəbə səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır. Belə ki, ərazidə məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaq quraşdırılıb, […]

Mingəçevirdə Dövlət Müstəqilliyi günü Heydər Əliyev Mərkəzində keçirildi

Oktyabrın 18-də Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə Dövlət Müstəqilliyi gününü Heydər Əliyev Mərkəzində şəhər fəalları ilə birgə qeyd edib. Öncə ulu öndərin abidəsi ziyarət edilib, sonra Uşaq Yaradıcılıq Mərkəzinin bayramla bağlı hazırladığı əl işlərinə və müstəqillik tariximizdən bəhs edən filmə  baxış olub. “Dövlət müstəqilliyimizin bərpasının 28 ili: Uğurlar, perspekivlər” mövzusunda keçirilən […]

1150 ailəyə qurban payı çatdırılıb

Avqustun 12-də Mingəçevirdə Qurban bayramı münasibətilə rəngarəng tədbirlər düzənlənib. Mingəçevir Turizm Kollecinin həyətində ictimaiyyət nümayəndələrinin iştirakilə baş tutan şəhər tədbirinə İcra Hakimiyyəti başçısı İlham İsmayılov da qatılıb. O, bildirib ki, Azərbaycanda milli-mənəvi və islami dəyərlərə həmişə diqqət olub: “Baxmayaraq ki, ölkəmizdə din dövlətdən ayrıdır, lakin din xadimlərinə normal fəaliyyət göstərmələri üçün dövlət səviyyəsində hər cür […]

Bir həftənin istirahəti, istisi və soyuğu

Bu ayın əvvəlində bir həftəlik səfərimiz içimizi isitməklə bərabər  həm də üşüdük. Sadəcə bizim enerji resurslarımız və özlərinin özlərinə dəyər verməyi hesabına yaxşı güzəran quran gürcülərə həsəd aparmaqdan başqa əlimizdən bir şey gəlmədi. Mingəçevirdən Qırmızı Körpüyə Mingəçevirdən Qırmızı Körpüyə çox da uzaq deyil. Baxır nə ilə gedəcəksən. Əgər vaxta yox, pula qənaət fikrindəsənsə, şəhərlərarası avtobusların […]

“Qafqaz pələngi” Mingəçevirdə

İyulun 23-də Mahir Qurbanovun ilk işi olan “Qafqaz pələngi” filminin Mingəçevirdə təqdimatı olub. Aparıcı Zamik Hacıyev M.Qurbanovun həyat və fəaliyyəti barədə təqdimat mərasiminə gələnlərə qısa məlumat verib. Bildirib ki, bu gənc 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb, 2013-cü ildə Barselona Dövlət Universitetinin siyasi təhlil ixtisası üzrə magistri olub. Latın Amerikasında nəşr olunan KİV-lərdə Azərbaycanla […]