Browsing tag

Mingəçevir

Mingəçevirdə yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Mingəçevirdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə təlim, qiymətləndirmə əməliyyatı həyata keçirib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, FHN-in Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən keçirilən təlimlər şəhərdə insanların və nəqliyyatın ən çox hərəkətdə olduğu mərkəzi bazar ətrafında baş tutub. Şərti yanğın təhlükəsi və mövcud durumun qiymətləndirilməsi […]

Mingəçevirdə uşaqlar üçün günərzi mərkəzi açılıb (FOTO)

Sentyabr ayından Mingəçevirdə 3-5 və 6-12 yaş qrupları üzrə 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərən günərzi mərkəzi fəaliyyətə başlayıb. Bu barədə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyindən qəzetimizə məlumat verilib. Birliyin sədri Nailə İsmayılovanın dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə həyata keçirilən layihə […]

Əsaslı təmirdən sonra Mingəçevirdəki 12 saylı məktəbə şagird axını artıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev və şəhər ictimayyətinin nümayəndələri 12 saylı məktəbə gəliblər. Onlar müxtəlif fənn kabinetləri, laboratoriyalar, idman və akt zalı, kompüter otağı, qız və oğlanlar üçün əmək təlimi otağı və mətbəxin müasir standartlara cavab verdiyinin şahidi […]

Mingəçevirdə izdihamlı anım günü

Mingəçevir Şəhidlər Xiyabanı sentyabrın 27-də izdihamlı Anım gününü yaşadı. Ümumşəhər mərasimində şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların canı və qanı bahasına,  qazilərimizin şücaəti sayəsində qazanılan qələbədən danışıldı. Bildirildi ki, bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan igidlərimizin 51-i ikinci Qarabağ döyüşlərində ucalığın zirvəsinə qalxan oğullarımızdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “N” saylı hərbi hissənin […]

“Abral Academy” mingəçevirlilərə qapılarını açdı

Sentyabrın 25-də Heydər Əliyev prospektindəki 36 saylı ünvanda yerləşən “Abral Academy”nın açılış mərasimi keçirildi. Açılışda akademiyanın tələbə və müəllim heyəti, çox sayda qonaqlar və şəhid Yusif Məmmədovun ailəsi də iştirak etdi. “Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov 2008-ci ildən xaricdə Azərbaycanı təmsil edir. O, Türkiyə, İngiltərə və Amerikada təhsil alıb. Bir müddət Amerikanın MiT […]

Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı yaşadığı ünvanda narkotik vasitə gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən siqaret […]

Mingəçevir 44 gündə

I “Azərbaycan Müdafiə Nazirliyi  bildirib ki, Ermənistan hərbi birləşmələri Tərtər, Cəbrayıl, Fizuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub. Azərbaycan ordusu mülki əhalinin təhlükəsiziliyini təmin etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb”. Səhər tezdən bütün televiziya kanalları və sosial şəbəkələrdə bu elanlar yayıldı. Kimisi sevindi, kimisi kədərləndi; bu xəbərləri yalnız xəbərlər proqramında dinləyənlər belə oldu; cəbhəboyu zonalarda […]

Mingəçevirdə qadın özünü Kür çayına atıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Sahil parkı ərazisində baş verib. İntihar məqsədilə özünü Kür çayına atan orta yaşlı qadın ərazidə olan qayıqçı tərəfinfən xilas edilib. Sahilə çıxarılan qadın həkim briqadasına təhvil verilib. Onun Tərtər rayonunun Cəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Həşimova Sveta Yusif qızı olduğu məlum olub. İntihara cəhdin səbəbi məlum deyil. Faktla […]

Vüsal Məmmədov : “Biz hər an qardaş Türkiyənin yanındayıq”

Mingəçevirdəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi Türkiyə Ormanları Bakanlığının hesabına pul vəsaiti köçürərək, meşələrin bərpasına dəstək nümayiş etdirib Türkiyədə iyulun 28-dən başlayan meşə yanğınları nəticəsində kütləvi şəkildə yaşıllıqlar, heyvanat aləmi məhv olub. Yanmış meşələrin bərpasında Azərbaycan dəstəyini əsirgəmir. “Daha yaşıl bir Türkiyə” adı altında başlanan kampaniyaya çoxsaylı təşkilatlar, təhsil ocaqları qoşulublar. Onlar ikinci […]

Mingəçevir Bələdiyyəsi ilin birinci yayımilliyində neçə işləyib?

MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2021-Cİ İLİN I YARIMİLLİYİ ƏRZİNDƏ KEÇİRDİYİ ÜMUMİ YIĞINCAQLAR BARƏDƏ MƏLUMAT Keçirilən iclasların ümumi sayı  –  13 Gündəlikdəki məsələlərin sayı – 102 O cümlədən; -Torpaqla əlaqədar məsələlər – 43 -Şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı məsələlər – 5 -Yardımlar – 3 -Təşkilati […]