Browsing tag

Mingəçevir

Mingəçevir Mərkəzi Xəstəxanasında akademik Zərifə Əliyevanın 99-cu ildönümü qeyd olunub

Aprelin 28-də YAP Mingəçevir şəhər təşkilatının 3 saylı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs üzrə ərazi partiya təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə  tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan 3 saylı ərazi partiya təşkilatının sədri, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Abdulqadir Sultanov oftalmologiya […]

Mingəçevir Gəncləri 1 yaşında

Konfransda şəhər rəsmiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aparatının və nümayəndəliklərinin əməkdaşları, nümayəndəliyin Gənc Könülləri və şəhərin aktiv gəncləri iştirak edib. Konfrans istedadlı gənclərimizin sintez etdikləri musiqinin ifa olunması ilə başlayıb. Mərkəzimizin direktoru Vüsal Mahmudov konfrans iştirakçılarına 1il ərzində həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat verib. Konfransda şəhər rəsmiləri GİKM-in Mingəçevir nümayəndəliyinin […]

“Mingəçevir Sahibkarlar Klubu” yaradıldı

8 Fevral 2022-ci ildə Mingəçevir Gənclər Evində sahibkarlarla görüş keçirilib. Onlara ölkə Prezidentinin 1 dekabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, qaydaya əsasən dəstəyi KOBİA təmin edəcək. Görüşün təşkilatçısı və Mingəçevir KOB İnkişaf Mərkəzinin […]

“Mingəçevirdə “hörümçək toru”nu xatırladan qaz xətləri standarta uyğun xətlərlə əvəz olunacaq”

“Sənaye şəhəri Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır”. Bu sözləri Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində yerli sahibkarlarla 26 yanvar 2022-ci ildə baş tutan görüş zamanı bildirib. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev isə qazlaşdırma zamanı kobud nöqsanlara yol verildiyini diqqətə çatdırıb: […]

Bələdiyyə bir məhəlləyə 16 söhbətgah və 50 oturacaq gətirdi

135-ci məhəllə Mingəçevirin N.Nərimanov, Ş.İ.Xətai və A.Məmmədov küçələrinin kəsişməsində yerləşir. Ərazidəki  16 hündürmərtəbəli yaşayış binasında 4 minə yaxın sakin yaşayır. Mingəçevir Bələdiyyəsi “Abad məhəllə” layihəsi çərçivəsində həmin ərazidə hər bir yaşayış binasının qarşısına bir söhbətgah və üç söykənəcəkli oturacaq qoyub (Cəmi 16 söhbətgah və 50 oturacaq). Müasir dizaynla düzəldilmiş hər söhbətgah 1400,  bir oturacaq isə […]

Mingəçevir sakinləri küçələrə şəhid adlarının verilməsini istəyir

Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, ölkənin dördüncü şəhərində hələ də Azərbaycan tarixində müammalı izləri ilə yadda qalan şəxslərin adını daşıyan küçələr mövcuddur. Şəhərin bəzi kənar məhəllələrində İƏ “Birinci paralel”, “5-ci küçə”, “10-cu küçə” yaxud “15-ci küçə” kimi adlandırılan ünvanlar var. Adı “26 Bakı komissarı” arasında yer alan Məşədi Əzizbəyovun adı ilə bağlı paytaxtda küçə metro […]

Mingəçevirdə şəhər günündə unudulmaz anlar yaşandı

Bayramlar ayı olan noyabrda mingəçevirlilər şəhər gününün sevincini də yaşadılar. Noyabrın 11-də Mingəçevirin 73 yaşı iki nümunəvi məhəllənin açılışı və digər maraqlı tədbirlərlə yadda qaldı. Amma narahatlıq doğuran məsələlər də unudulmadı Noyabrın 11-də səhər tezdən yağan narın yağış  bayram libası geyinən Mingəçevirin küçələrinə ciyər dolusu udmaq istədiyimiz hava və təmizliyi gətirdi. Və bu damcıların altında […]

Mingəçevirdə Zəfər günü

Noyabrın 8-də Mingəçevirdə Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gəldilər. Burada uyuyan bütün şəhidlərin, eyni zamanda itkin düşmüş hərbçilərimizin xatirəsi yad olundu. Gənc qazilər əllərində  portretlərini tutduqları şəhidlərimizin bir-bir adlarını çəkərək, uca səslə burda olduqlarını dedilər, Himnimizi ifa etdikdən sonra şəhidlərin adları yazılmış balonları havaya buraxdılar. Həmin gün şəhərdə […]

Mingəçevirli rəssamlar Zəfər Gününədək 63 şəhidin portretini çəkdilər

Noyabrın 5-də Mingəçevir şəhər Rəsm Qalereyasında rəssam Rəfael Haşımovun qeyri-adi yaradıcılıq sərgisi açılıb. Burada Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalan 63 igidin portreti sərgilənib. Onların 56-sı Azərbaycanın Əməkdar rəssamı, MDDT-nın işçisi Rafael Haşımova, 7-si isə Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Abdulla Məmmədova məxsusdur. Rəssam Rafael Haşımov dedi ki, Zəfər Gününə kimi daha çox şəhid qəhrəmanın […]

Mingəçevirdə Ermənistanın təcavüzü nəticəsində ziyan görən 41 tikilinin bərpası yekunlaşıb – FOTO

Ötən il 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Mingəçevir şəhərində 40-dan çox tikiliyə ziyan dəyib. APA-nın yerli bürosunun xəbərinə görə, dövlət başçısının tapşırığına əsasən, artıq 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir. Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması […]