Browsing tag

Mingəçevir

Qanunsuz obyektlərin avadanlıq və qurğuları zibilxana ərazisinə daşınacaq

İyunun 30-da  Mingəçevir şəhər İcra Hakimiyyətində  şəhər fəallarının yığıncağı keçirilib. İH başçısı İlham İsmayılov diqqətə çatdırıb ki, son vaxtlar şəhərin park və xiyabanlarında, küçə və ticarət obyektlərində özbaşınalıqlar baş alıb gedir, bu da yerli əhalidə hədsiz narazılıq yaradıb: “Bununla əlaqədar şəhər İcra Hakimiyyətinə çoxsaylı müraciətlər daxil olub”. Başçı Sahil parkı, Dostluq, Nəsimi və eləcə də […]

Əliağa Vahid küçəsinin sakinləri Mingəçevirin icra başçısından nə istədilər?

Aprelin 24-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əliağa Vahid küçəsindəki 4/1 saylı binanın qarşısında sakinlərlə görüşdü. Görüşə  Aydın Məmmədov, Nizami və Xətai küçələrindən də  dərd-sərlərini deməyə gələnlər vardı. Ən çox narahatlıq doğuran məsələlər işsizlik, kanalizasiya sularının zirzəmilərə axması, yaşıllığın suvarılması və təhlükə yaradan ağacların kəsilməsi, həyətlərin işıqlandırılması ilə bağlıydı. Məlum oldu ki, şəhərdə […]

İlham İsmayılov: “Çox məmnunuq ki, “Sahil” parkının qanunsuz “sahibkarlardan” təmizlənməsində media bizə dəstək oldu”

“Dövlət qulluğu güzəştlər əldə etmək deyil, məsuliyyətdir, xalqa xidmət etmək üçün fürsətddir. Cənab Prezidentin dəfələrlə dediyi kimi, biz xalqın qulluqçularıyıq. Təəssüf ki, bəzi dövlət qulluqçuları vəzifələrini ləyaqətlə yerinə yetirmir, nəticədə sadə vətəndaşlar əziyyət çəkirlər ”. Bu fikirləri iyunun 23-də dövlət qulluqçularının peşə bayramında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səsləndirib. Başçı bayram münasibətilə həmkarlarını […]

Uşaqlar səmaya sülh rəmzi olan göyərçinlər uçurublar

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib. Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər, Mingəçevir və Yevlaxdan olan mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.  Tədbirdə 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə […]

Regional idarənin rəisi Mingəçevir şəhər Dövlət Rəmzləri muzeyində olub

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova muzeyin fəaliyyəti ilə yaxından olmuş, orada sərgilənən ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta Əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar ilə yaxından tanış olmuşdur. Muzeyin eksponatları arasında Azərbaycan Orta Əsr əsgərlərinin döyüş […]

Mingəçevir şəhər stadionunun təmirinə başlanıb

Mayın 19-da İcra Hakimiyyətinin başçısı İlham İsmayılovMingəçevir şəhər stadionuna baxış keçirib. O, ərazini gəzib, təmir işləri aparan Mənzil Kommunal Təsəsrrüfat İstehsalat Birliyinin və yerli Bələdiyyənin işçilərinə  göstərişlərini verib, Futbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşən başçı deyib ki, şəhər öz gücü daxilində stadionda müəyyən təmir və bərpa işlərini edəcək, eyni zamanda digər qurumlar da prosesə […]

Texniki Humanitar Liseydə STEAM Festivalı

Mayın 13-də Mingəçevirdəki Texniki Humanitar Liseydə STEAM Festivalı keçirilib. Liseyin şagirdləri tədbirə gələnləri vətənpərvərlik mövzusunda mahnılarla qarşılayıblar. Onların maraqlı kompozisiyaları və yeni texnologiyanı əks etdirən rəqs nömrələri əksəriyyətin diqqətini çəkib. Bundan sonra festivalın əsas hissəsi olan sərgiyə baxış olub. Altı bölmədən ibarət sərgidə məktəblilər  hazırladıqları məhsulları və layihələri təqdim edib, robot və  leqoları nümayiş etdiriblər. […]

Böyük futbol Mingəçevirə qayıdır

AFFA-nın qərarı ilə yeni mövsümdən  etibarən “FK Mingəçevir” futbol klubu Futbol üzrə Azərbaycan Çempionatının birinci dvizionunda çıxış edəcək. Artıq bununla bağlı ilkin hazırlıqlara başlanılıb. Mingəçevir şəhər stadionu yenidən qurulacaq. Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəflinin  verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinə, AffA rəsmilərinə və digər aidiyyəti qurumlara davamlı müraciətləri bəhrəsini verdi: “İllər sonra […]

Bu gün Mingəçevirdə, Kür Olimpiya Tədris İdman Mərkəzində 5 ölkənin idmançıları   akademik avarçəkmə üzrə  güclərini sınayıblar (Yenilənib)

Bu gün, mayın 7-də səhər saatlarından  Mingəçevirdə, Kür Olimpiya Tədris İdman Mərkəzində 5 ölkənin idmançıları   akademik avarçəkmə üzrə  güclərini sınayıblar. Hazırda Kür sularında avarçəkmə  üzrə reqata  başa çatmaq üzrədir. Gün ərzində yarışın yekunu barədə ətraflı məlumat verəcəyik Xəbər verdiyimiz kimi, mayın 5-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə […]

“Prezident kuboku-2022” reqatasına start verildi

Mayın 5-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” reqatasının açılış mərasimi olub. Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançılarının qatıldıqları mötəbər tədbir Mingəçevirdə idmançıların təntənəli paradı ilə başlayıb. Onlar,  istifadə etdikləri  qayıqlar və Qarabağ atları Heydər Əliyev prospekti boyunca irəlilədikcə on minlərlə şəhər sakininin […]