Browsing tag

Mingəçevir teatrı

Mingəçevir Teatrı Zaqatala və Balakəndə

18-19 may 2024-cü ildə Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zaqatala və Balakənə qastrola gəlib və repertuarına daxil olan iki fərqli tamaşa ilə rayon sakinləri qarşısında çıxış edib. Bu barədə MDDT-nın ədəbi hissə müdiri Elçin Məhərrəm məlumat verib. O, bildirib ki, tamaşalar bir gün fərqi ilə hər iki rayonda saat 12-də başlayıb: “Azərbaycan Respublikasının Xalq şairi […]

Fəal tamaşaçı olmaq üçün teatrı sevmək lazımdır

Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan Milli Mətbuat günü ərəfəsində bir qrup media nümayəndələri ilə görüşdü. Aramızda səmimi söhbət oldu. İntiqam bəylə onu və bizi narahat edən məsələləri müzakirə etdik, teatrın qısa müddət ərzində əldə etdiyi uğurlarından danışdıq. “Mən məmurlara deyil, mətbuata güvənirəm”, – deyən İntiqam bəy, həmkarlarıma “Teatrın dostu”, mənə isə “Ən fəal […]

“Müvəqqəti ər”, yaxud “Bir gecəlik kəbin”

İyunun 24-də Mingəçevir Dövlət Dram Teatırında “Müvəqqəti ər”(“Hülləçi”) iki hissəli komediya ictimaiyyətə təqdim olunub. Məşhur türk yazarı Rəşad Nuri Güntəkinin əsəri əsasında hazırlanan tamaşa çox maraqlı süjet xətti ilə auditoriyanı güldürə-güldürə düşündürüb və ağladıb. Var-nemətə görə öz doğma qardaşını zərbə altına qoyan axırda özü də qazdığı quyuya düşüb və ən yaxınlarının lənətini qazanıb. Burada baş […]

“Vətənə olan sevgimi-düşmənə olan nifrətimi Şuşa səhnəsində hayqırmaq istəyirəm”.

Əliyeva Afət Məmməd qızı 1969-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində doğulub. Kənd məktəbində orta təhsil aldqdan sonra mədəniyyət sahəsini seçib. Bir müddət Yevlaxda çalışıb. 19 ildir ki, Mingəçevir teatrında işləyir. Ailəlidir. Afət xanımla müsahibəni qələm dostumuz Qabil İbrahimli aparır.   -Afət xanım, bu ay sizin ad gününüzdür, 50 illik yubileyinizdir. Gəncliyinizdən teatrla bağlısınız. Geriyə baxanda […]

Uğursuz “Tanqo” və ya “Ayı” Mingəçevirə gəldi

Bu yaxınlarda, fevral ayının 25-də Mingəçevir Dövlət Dram Teatrında yeni bir tamaşanın daxili baxışı, martın 8-də isə ilk tamaşası oldu. Bu, dahi rus yazıçısı Anton Pavloviç Çexovun qələmə aldığı bir pərdəli “Ayı” pyesi idi. Daxili baxışa teatrın bədii şura üzvləri ilə birlikdə tamaşaçılar da dəvət almışdılar. Teatrın direktoru, bədii şuranın sədri Səxavət Məmmədov tamaşanın çox […]