Qazilər müharibənin acı günlərini təkrar yaşadılar
“Əsgər şəhidlik zirvəsinə ucalır. Qazi isə müharibənin travmasını, mərmidən aldığı yarasını, ağrı-acıları ömür boyu canında və yaddaşında daşıyır. “Bu elə bir hisdir ki, ondan xilas olmaq çətindir”-deyir qazilər. Mingəçevir şəhərindən İkinci Vətən müharibəsində 1030 nəfər iştirak edib. Onlardan 51-i şəhid olub, 120 nəfər yüngül yaralanıb, 35 nəfər isə müxtəlif dərəcəli əlillik statusu alıb. Odun-alovun içindən […]