Browsing tag

Mingəçevir İcra Hakimiyyəti

Səyyari görüşdə hansı problemlər qabardıldı?

Sentyabrın 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mikayıl Müşfiq küçəsinin sakinləri ilə görüşüb. Görüşdə İH aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlham İsmayılov deyib ki, ölkə Prezidentinin tapşırığı ilə keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənməklə, onların həllinə çalışmaqdır. Başçı Qarabağda və Azərbaycanın hər regionunda aparılan abadlıq […]

İcra Hakimiyyəti başçısı Energetik yaşayış massivində

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 27-də Energetik yaşayış massivində sakinlərlə görüşüb. Şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi nailiyyətləri, regionlarda həyata keçirilən inkişaf proqramı, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşan layihələr barədə danışıb. Başçı bildirib ki, Mingəçevirdə küçə və prospektlərin asfaltlanması, park və istirahət məkanlarında sakinlərin istirahəti üçün […]

İcra Hakimiyyəti başçısının müavini hansı təşkilatların fəaliyyətindən narazılığını bildirdi?

Avqustun 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2019-cu ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının  vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş iclası olub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun giriş nitqindən sonra gündəlikdə duran məsələ barədə İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova məruzə edib. Şəhərimizin müxtəlif sahələrinin problemlərinə […]

Məhəllələrin işıqlandırılmasına, ağacların suvarılmasına başçı necə kömək edə bilər?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  iyunun 19-da 3 saylı orta məktəbin iclas zalında D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin sakinləri, şəhər ictimaiyyəti nümayəndələri, idarə, müəssisə rəhbərləri və KİV təmsilçiləri ilə görüşüb. Başçı davamlı səyyar görüşlərin ölkə prezidentinin tapşırığı ilə keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu […]

“Polietilen paketlərə yox deyək!”

Mingəçevirdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi aksiya əhalinin sıx hərəkətdə olduğu alış-veriş məkanlarında gerçəkləşdirilib. Aksiyada Mingəçevir  Dövlət Universitetinin tələbələrindən ibarət  gənc könüllü ekoloqlar da fəal şəkildə iştirak edib. “Polietilen paketlərə yox deyək!” aksiyası maarifləndirmə xarakteri daşıyıb. Aksiya zamanı könüllülər və  ekoloq mütəxəssislər alış-veriş edən […]

Günəşli yaşayış massivində su-kanalizasiya sistemi yararsız vəziyyətdədir

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Günəşli yaşayış massivində yerləşən 20 nömrəli tam orta məktəbdə təşkil edilib. Başçı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən danışıb. Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən sakinlər qarşılaşdıqları problemləri də diqqətə çatdırıblar. Vurğulanıb ki, […]

Mingəçevirdə mənzil mülkiyyətçilərinin şəhər konfransı baş tutdu

“Bu gün əsas vəzifə çoxmənzilli yaşayış binalarını mənzil mülkiyyətçilərinin tam mülkiyyətinə verilməsinə nail olmaqdır. Bu iş təkcə maarifləndirmədən keçmir, eyni zamanda əhaliyə praktiki və hüquqi aspektdə yardım göstərilməsinə ehtiyac var. Belə ki, mülkiyyətçilərin qanunun tələblərinə uyğun şəkildə ümumi yığıncaqlarının keçirilməsi, protokolların tərtib olunması, digər sənədlərin hazırlanması və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunması başlıca şərtdir. […]

İlham İsmayılov : “Şəhərdə abadlaşmayan məhəllə qalmayacaq”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüşünü keçirib. Bu dəfə 127-ci məhəllənin sakinləri 1 nömrəli orta  məktəbin akt zalında toplaşıblar. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. İcra Hakimiyyəti başçısı bu günə qədər şəhərdə keçirilən səyyar görüşlərin nəticələri ilə bağlı məlumat verib. […]