Browsing tag

#Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Vaqif Həsənov: “Xidmət təşkilatları, sizdən dəstək istəmirik, sadəcə mane olmayın”.

2020-ci ilin fevral ayından başlayaraq sahibkar obyektlərindəki güc transformatorlarının təmiri üçün “Azərişıq” ASC-nin yerli nümayəndələri tərəfindən məcburi qaydada göstəriş verilməsi və müqavilə bağlamaqla vəsait tələb edilməsi barədə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya daxil olan müraciət araşdırılıb. Məlum olub ki, “Elastik” MMC-nin rəhbəri Vaqif Həsənov 1556 AZN məbləğində vəsaiti köçürməyə məcbur edilib. Bunun müqabilində […]

20 Yanvar küçəsindəki 166 saylı binanı təhlükə gözləyir

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu olduğunu, müxtəlif dövlət qurumlarına şikayətlərinin qulaqardına vurulduğunu bildirib: “Gəlirlər, suyu çəkib, gedirlər, yenə zirzəmi kanalizasiya suları ilə dolur. […]

“Azəriqaz” nümayəndələri evlərinizə gələcək: qaz xətləri və cihazlarına baxış keçirmək üçün

Sentyabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) yerli nümayəndəliyi ilə birgə Mingəçevirdə qaz xidmətinin vəziyyətini müzakirəyə çıxarıb. Şura sədri Fərman Nəbiyev iclası açaraq, bildirib ki, məqsəd şəhərdə bu sahədə yaranan problemlərə diqqəti çəkmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqdır: “Xüsusən şəhərin Axundov küşəsində və […]

Şura sədri: “Şəhərdə qaz xətlərinin çəkilişi vəziyyətini sentyabr ayının sonunda KOBİA ilə birgə müzakirəyə çıxartmaq planlaşdırılır”

  Mingəçevir Media Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əvvəlcədən elan olunmuş gündəlik üzrə 3 məsələ müzakirə olunub: oktyabr-dekabr ayları üzrə şuranın Fəaliyyət Planı və loqosunun müzakirəsi, ictimaishura.az səhifəsi ilə tanışlıq. Şura sədrinin təklifi ilə  gündəlikdəki mövzuların müzakirəsinə başlamazdan öncə son günlər Ermənistanın təxribatları nəticəsində həlak olan cəsur övladlarımızın və […]