Mingəçevir Meksikanın 60 min əhalisi olan şəhəri ilə qardaşlaşır
Səfiri qəbul edən Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin keçmişi və bu günü, idman, təhsil və mədəni həyatı, turizm imkanları barədə məlumat verib. Eyni zamanda 90-cı illərdə Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğalı zamanı yurd-yuvalarından didərgin düşənlərin 20 mindən çoxunun Mingəçevirdə məskunlaşdığını, 2-ci Qarabağ Müharibəsi zamanı Mingəçevirin də raket hücumlarına məruz qaldığını diqqətə çatdırıb. […]