Browsing tag

Media

IYA.AZ ictimaiyyətə təqdim olundu

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə yeni yaradılan IYA.AZ səhifəsinə ilkin baxış keçirilib. Mingəçevir Media Mərkəzində səhifəni  benefisiarlara,  media və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinə 2024-cü il yanvarın 5-də veb proqramçı Teymur Əzizov təqdim edib. O, deyib ki, bu resurs ilk növbədə təhsil və iş problemlərini həll etməyə çalışan əhalinin həsas təbəqəsinə xidmət üçün yaradılıb:    “Təşəbbüsün benefisiarları […]

Nə yaxşı ki… və yaxud axı niyə?

Bu ölkədə hər rayon üzrə mənim “qardaşım” deyə biləcəyim ən azı bir (elə rayon var, üçdü-beşdi, hətta ailəlikcə, bir neçə ailə) şərəfli, ləyaqətli, mübariz AZƏRBAYCANLI kimi tanıdıqlarım var! Onlardan birinin ad günüdür sabah – 27 iyun 2022-ci ildə əziz dostum, başından qəzavü-qədərlər əskik olmayan Zahir Əmənovun 70 yaşı tamam olur. Gözləmədim ki, onun yaşını mənə […]

“Media haqqında” qanun layihəsinin yanvarın əvvəlindən qüvvəyə minməsi gözlənilir

Azərbaycan Respublikasında “Media haqqında”  qanun layihəsi  bir müddətdir ki, müzakirə olunur.  Gələn il yanvarın 1-dın qüvvəyə minməsi gözlənilən  qabun media sahəsində fəaliyyəti necə tənzimləyəcək? Bu məqsədlə qanun layihəsini çap edirik ki, oxucularımız yaxından tanış olub, özləri fikirlərini bölüşsünlər.   “Media haqqında” qanun layihəsi 1-ci fəsil Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün […]

Dr. Jelisaveta Blagojevic: “Dünyanı dəyişmək istəyiriksə, ilk olaraq özümüzdən başlamalıyıq”

Mayın 20 və 21-də Avropa Şurası və AŞ-ın Bakı Ofisinin dəstəyilə Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi layihəsi şərçivəsində iki günlük onlayn təlim baş tutub. “Gender-əsaslı zorakılıq hallarının işıqlandırılması zamanı jurnalistlər üçün etik standartlar” mövzusunda təlimə müxtəlif media orqanlarından nümayəndələr qatılıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AŞ-ın Bakı Ofisinin nümayəndəsi Vüsal […]

Elektron Hökumətin İnkişaf Mərkəzi “Rəqəmsal Jurnalistikaya Doğru” proqramının növbəti mərhələsinə start verdi

Elektron Hökumətin İnkişaf Mərkəzi (EHİM) “Rəqəmsal Jurnalistikaya Doğru” proqramını ilk dəfə bu ilin iyun ayında gerçəkləşdirmişdi. O zaman bütün müraciət edən KİV təmsilçiləri üçün iştirak etmək imkanının mümkün olmadığını nəzərə alan təşkilat dekabrın 8-dən proqramın növbəti mərhələsinə start verib. Qurumun nümayəndəsi Xəyalə Fətullayevanın dediyinə görə, məqsəd media mənsublarını jurnalistika sahəsində baş verən yeniliklər və trendlərlə […]

Mingəçevirli gənclər yerli mətbuat nümayəndələrindən bir qrupunu qonaq çağırdı

Mingəçevir Gənclər Evinin dərnək rəhbəri Rəşad Qurbanov dəvəti qəbul edib gəlmiş KİV  təmsilçilərini salamlayıb, onlara gənclərin fəaliyyətini mütəmadi işıqlandırdıqlarına görə təşəkkürünü və  Milli Mətbuat günü münasibəti ilə təbrikini çatdırıb. Görüşdə gənclərin uğurlarından, ictimai əlaqələrindən, gələcəyə töhfələrindən danışılıb. Qonaqlar və gənclər arasında fikir mübadiləsi, gələcək əməkdaşlıq çərçivəsində söhbətlər aparılıb. Fəal gənclərdən Ehtiram Sadıqzadə, Zəminə Ədilova, Dağlar […]

“Kişi güclü, qadın zəif cins deyil”

Gənc bir qadın Mark Tvendən soruşur: “Sizə elə gəlmirmi ki, ən yaxşı hakim qadınlar ola bilər?” -Təkcə hakim yox, -deyə Mark Tven etiraz edir, -həm də ən yaxşı cəllad! Bir çox Azərbaycan kişiləri alimenti ödəmir Dörd ilə yaxın evlilik həyatını arxada buraxan Samirə Əhmədova üç ildir ki, məhkəmələrdə qalıb. 20 yaşında aldadılaraq qaçırdılanda və Moskvaya aparılanda, bir […]