Browsing tag

MDU

MVA “Torpağın cazibəsi” filmini MDU-da ictimaiyyətə təqdim etdi

Məcburi köçkünlərin məşğulluq ehtiyaclarından bəhs edən “Torpağın cazibəsi” sənədli filmi noyabrın 15-də Mingəçevir Dövlət Universitetində ictimaiyyətə təqdim olunub. Film Mingəçevir Valideynlər Assosiasiyasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsi çərçivəsində MDU-nun informasiya dəstəyi və regional ELTV kanalı ilə birgə çəkilib. Təqdimat mərasimi şəhidlərimizin xatirəsinin yad edilməsi […]

“İmtahanlar onlayn qaydada keçirilsəydi…”

Payız imtahan sessiyası Mingəçevir Dövlət Universitetində necə təşkil olunub? Tələbələr məmnundurlarmı? Biz onlardan bir qrupu ilə görüşərək, fikirlərini bölüşməyi xahiş etdik. İT ixtisası üzrə təhsil alan Seymur İsgəndərov prosesin şəffaflığından məmnundur: “Rektorun “Açıq qapı” günlərində tələbələrin bütün problemləri dinlənilir və adekvat qərarlar verilir”. Şifahi imtahanların tərəfdarı olan Seymur praktik yönümlü dərslərə daha çox yer ayrılmasını, […]

Mingəçevirli Vətən Müharibəsi qazisinin nigah mərasimi baş tutub

APA TV-nin yerli bürosunun xəbərinə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Naftalan, Mingəçevir və Bakı şəhərində üç dəfə cərrahi əməliyyat olunub. Hələ də bədənində qəlpə gəzdirən əsgər martın 17-də Asan Xidmət Mərkəzində Mingəçevir Dövlət Universitetinin xarici dil müəllimliyi fakültəsində birgə təhsil aldığı Nigar Məhərrəmova ilə ailə həyatı qurub. Qeyd edək ki, nigah mərasiminə […]

Mingəçevirdə 20 Yanvar faciəsinə həsr edilmiş tələbə-şagird konfransı keçirilib

2020-ci ilin 17 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhər Texniki-humanitar liseyin (THL) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar faciəsinin səbəb və nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Texniki-humanitar liseydə keçirilən konftansın iştirakçıları əvvəlcə şagirdlərin 20 Yanvar faciəsini əks etdirən əl işlərindən ibarət sərgi […]

MDU-da “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı keçirilib

Dekabrın 7-də Mingəçevir Dövlət Universitetində bu mövzuda respublika elmi konfransı keçirilib. Açılış mərsimində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov elmi konfransa böyük maraq göstərildiyini qeyd edib, doqquz elmi istiqaməti əhatə edən tədbirə respublikanın 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan 300-ə yaxın məqalə və tezis daxil olduğunu diqqətə çatdırıb. […]

Bakının və Mingəçevirin ilk universitetləri əməkdaşlıq barədə protokol imzaladılar

Sentyabrın 30-da Bakı Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevirdə olub. BDU-nun 100 illik yubiley təntənələri ilə eyni vaxta təsadüf edən səfər Mingəçevir Dövlət Universitetində qarşlıqlı əməkdaşlığa köklənən maraqlı çıxışlarla yadda qalıb. MDU-nun rektoru Şahin Bayramov vurğulayıb ki, Azərbaycan ali təhsilinin bayraqdarı hesab edilən BDU-nun yubileyi dövlət səviyyəsində qeyd edilir. “Mingəçevir mənim ən çox sevdiyim şəhərlərdəndir. Dəfələrlə […]

Bu il tələbə adını qazanan 460 mingəçevirlinin 120-si MDU-nu seçib

Bu barədə fikirlər avqustun 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olan tələbələrlə görüş zamanı səsləndirilib. Gəncləri tələbə adı qazanması münasibətilə təbrik edən Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlərdən danışıb: ”Son illərdə Mingəçevirdə 4 yeni məktəb binası tikilib. Biri da hazırda inşa olunur. 11 məktəbin […]

Mingəçevir Dövlət Universitetinin yeni rektoru haqqında nə bilirik?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2019-cu il.tarixli Sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. Bəs yeni rektor haqqında nə bilirik? Aldığımız məlumata görə,  Şahin Bayramov 2012-ci ildə «Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri» mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2015-ci […]

Təhsilə bağlı ömür

Bu dəfə müsahibə götürdüyüm xanımı – Esmira Cəfərovanı 35 ildən çoxdur ki,  tanıyıram. 80-ci illərdə təxminən 10 il  bir binada çalışmışıq. O, şəhər Komsomol Komitəsinin birinci katibi, mən isə “Mingəçevir işıqları” qəzetinin  müxbiriydim. İş prosesində tez-tez görüşür, gəncləri narahat edən məsələləri birgə müzakirə edirdik. Redaksiyanın ən gənc əməkdaşı olduğumdan redaktor gənclərin həyatı ilə bağlı yazıları […]