“Vətənə olan sevgimi-düşmənə olan nifrətimi Şuşa səhnəsində hayqırmaq istəyirəm”.
Əliyeva Afət Məmməd qızı 1969-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində doğulub. Kənd məktəbində orta təhsil aldqdan sonra mədəniyyət sahəsini seçib. Bir müddət Yevlaxda çalışıb. 19 ildir ki, Mingəçevir teatrında işləyir. Ailəlidir. Afət xanımla müsahibəni qələm dostumuz Qabil İbrahimli aparır. -Afət xanım, bu ay sizin ad gününüzdür, 50 illik yubileyinizdir. Gəncliyinizdən teatrla bağlısınız. Geriyə baxanda […]