Browsing tag

Məktəb

Məktəb mediasiyasının tətbiqi ilə bağlı 3 günlük təlimlər yekunlaşıb

Məktəb mediasiyasının tətbiqi ilə bağlı 3 günlük təlimlər yekunlaşıb. Təlimlər  “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində reallaşdırılıb. Təlimin ilk günündə məktəb psixoloqları münaqişəli stuasiyanın tərəflərinə yanaşma, qarşılıqlı hörmət, emosiyaların idarə edilməsi, empati qurma bacarıqları ilə bağlı məlumatlandırılıb. Təlimin ikinci günündə […]

Biz dəyişiklik toxumunu səpə bildik

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ilin fevral ayının əvvəlindən başlayaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirir Biz layihənin planına uyğun olaraq, fevral ayı ərzində 4 məktəbin 105 valideyni arasında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə ənənəvi sorğular keçirdik. Sorğuda 10 əsas suala […]

Təhsil alan və təhsil verənləri kim qoruyur?

Mingəçevirdəki 13 saylı məktəbin təlim-tərbiyə üzrə direktor müavini Yeganə Kərimova təhsil müəssisələrində mühafizə sisteminin qurulmasının tərəfdarı olsa da düşünür ki, bu, həm də insanları təşvişə sala bilər: “Məktəbimizdə xüsusi mühafizə üçün heç kəs cəlb olunmayıb. Ancaq məktəbin təşkil etdiyi gözətçilər var ki, onlar 7/24 rejimində məktəbə nəzarət edirlər.” Övladı 6-cı sinifdə oxuyan Rəvanə Baxışova isə […]

Tərtər rayonunun Seyidimli kəndinin uşaqları davamlı inkişafa məktəbdən başlayıblar

“Davamlı inkişafa məktəbdən başlayaq!” layihəsi çərçivəsində Tərtər rayonunun Seyidimli kənd məktəbliləri üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı təlimə start verilib. Məqsəd şagirdlərdə ilkin bacarıqları formalaşdırmaqla yanaşı onların müasir iqtisadiyyatın innovativ istiqamətləri ilə tanış olmasına və ixtisas seçiminə yardım göstərməkdir. Layihə boyunca iştirakçıların uğur qazanan insanlarla “peşəkar tövsiyyə” görüşləri,  fəal məktəblilərin Bakıdakı innovasiya mərkəzləri […]

Bu ilin sentyabr ayından 7 saylı məktəbdə peşə təhsilli sinif də olacaq

Mingəçevirdəki R.Mirabov adına 7 saylı tam orta məktəbdə bu ildən aşpaz köməkçisi və İT üzrə peşələr də tədris ediləcək. Məktəbin direktoru Anar İsmayılovun dediyinə görə, məqsəd şagirdləri orta təhsil bazasında peşə təhsilinə və əmək bazarına hazırlamaqdır: “20-22 şagirddən ibarət  bir sinif fəaliyyət göstərəcək. Onlar həftənin iki günü peşə təlimlərinə, 3 günü isə ümumtəhsil fənlərinə cəlb […]

Günəşli massivində toqquşan avtomobillər yoldan çıxaraq məktəbin hasarına çırpılıb

Mingəçevirin Günəşli yaşayış massivində “Mersedes” markalı maşın “VAZ 2106” markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetməni itirib, yoldan çıxaraq 20 saylı orta məktəbin  dəmir hasarına çırpılıb. Mi-news.az-ın  məlumatına görə,  “VAZ 2106” markalı avtomobillə taksi xidməti göstərən 1988-ci il təvəllüdlü sürücü Yusifov Müzəffər Akif oğlu hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. […]

35 il qabaq tikilən məktəb əsaslı təmirdən sonra istifadəyə verildi

Müasir, yeniləşən məktəblər sırasına Mingəçevirdə 16 saylı orta məktəb də əlavə edilib. Səməd Vurğunun adını daşıyan təhsil ocağı əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  Təhsil şöbəsinin müdiri Sahib Məmmədov və məktəbin direktoru Sevinc Həsənova sentyabrı 12-də məktəbdə olublar. təhsil ocağının təmirdən sonrakı […]

Məktəbin həyətində küləyə tab gətirməyən ağaclar aşdı

Mingəçevirdəki 12 saylı məktəbin həyətində bir neçə iri gövdəli ağac küləyə tap gətirməyərək aşıb. Xoşbəxtlikdən həmin anlarda orada heç kim olmayıb. Çünki mövcud ərazidə uşaqların həmişə oynadıqlarının şahidi oluruq. Hadisə zamanı xəsarət alan olmasa da sakinlər məktəbin həyətində təhlükə yaradan ağacların çox olduğunu bildirirlər.

İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 51 gənc Azərbaycan, 33 gənc isə rus bölməsi üzrə bitirib

Bu tədris ilində Mingəçevirdəki İ. Qayıbov adına 10 saylı tam orta məktəbi 84 gənc (51-i Azərbaycan, 33-ü isə rus bölməsi üzrə) bitirib  Onlardan biri- Ülviyyə Əmrahlı qızıl medala, 3-ü isə (Aygün Həsənova, Ülviyyə Nəcəfli, Laçın Bağıyev) fərqlənmə attestatına layiq görülüb. Məktəbin direktoru  Xumarə Mikayılova deyir ki, əksər məzunlar Azərbaycanın və Rusiyanın nüfuzlu univeristetlərinə qəbul olunublar. […]

“Əlvida, ilk müəllimim”

Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 saylı məktəbdə  IV a sinfinin şagirdləri “Əlvida, ilk müəllimim” adlı buraxılış gecəsi keçirib. Şagirdlərlə yanaşı valideyn və müəllimlərin də qatıldığı gecə Dövlət Himnimizin oxunması ilə başlayıb. Bundan sonra şagirdlər dörd il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mahnı və şeirlər oxunub, rəngarəng rəqslər, kiçik səhnəciklər ifa […]