Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstək üçün daha bir layihənin icrasına başlanılıb
Avropa İttifaqının mailiyyə dəstəyi ilə Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin və onların təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı dövlət qurumlarının dəstəklənməsi sahəsində daha bir layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Litva və Avstriyadan olan ekspertlər komandası tərəfindən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq qanunvericiliyin, istiqamətləndirmə mexanizmlərinin və məişət zorakılığından zərərçəkmiş şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində işin aparılması nəzərdə tutulub. […]