Browsing tag

Məcburi köçkün

Rövşən Rzayev: “Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzil məhkəmə yolu ilə boşaldılacaq”

Mayın 19-da Mingəçevirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib. Onların  əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış […]

QAYIDIŞA APARAN CIĞIR

1.ÜMUMİ MƏLUMAT 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – keçmiş Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox […]

Mingəçevirdə ikinci dialoq

Fevralın 15-də Xocavənd, Ağdam və Kəlbəcər rayonlarından olan 10 məcburi köçkünün iştirakilə Mingəçevir Media Mərkəzində ikinci dialoq keçirilib. Bir saat yarım davam edən tədbirdə məcburi köçkünlərin qayıdışı ilə bağlı Azərbaycan Prezidentinin, Qaçqın və Məcbiri Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlər, eyni zamanda qayıdış ərəfəsində köçkünləri narahat edən məsələlər müzakirə olunub. Görüş iştirakçıları vurğulayıblar ki, […]

“Böyük Qayıdış” ərəfəsində məcburi köçkünlərlə dialoq

Mətbuatda xəbər verdiyimiz kimi, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Böyük Qayıdış”a dəstək göstərmək üçün yeni layihəsinə start verib. “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adı ilə 2022-ci il aprelin sonunadək davam edəcək layihə  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə […]

MVA-dan “Böyük Qayıdış”a dəstək

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Böyük Qayıdış”a dəstək göstərmək üçün yeni layihəsinə start verib. Layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, ilk növbədə köçkünlərin Mingəçevir şəhərində məskunlaşdığı 10 məntəqədə sorğu və 3 məntəqədə dialoq aparmaq nəzərdə tutulub: “Biz müxtəlif yaş və sosial statusda olan 110 nəfəri sorğuya və 3  qrup üzrə 30 […]

Azyaşlı uşaqlar tut yeyərkən kişi meyiti aşkarlayıbar

Mingəçevirin H.Əliyev prospektindəki Yeni köçkün qəsəbəsində, 4 saylı binada  yaşayan Vüqar Nəbiyevin meytini  tut yeyən azyaşlı uşaqlar  aşkarlayıblar. Hadisə may ayının 26-da axşam 18 radələrində şəhər avtovağzalının həyətindəki köhnə tikilinin yaxınlığında baş verib. Ağdam rayonundan məcburi köçkün olan 3 uşaq atasının 44 yaşı vardı. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hələ ki, hadisənin necə törənməsinin […]

Altı uşaq məktəbə gedə bilmir

Mingəçevirdə məskunlaşmış məcbui köçkün ailəsinin 6 az yaşlı övladı imkansızlıq üzündən təhsilini davam etdirə bilmir. Ailə  şəraitsiz fermada dözülməz vəziyyətdə yaşayır. Ailənin məskunlaşdığı ərazi nəinki məktəbə, hətta xəstəxana və bazara da çox  uzaqdır. Həmin ərazidə içməli su da tapılmır. Ailənin başçısı Nizami Allahverdiyev övladlarını atdıqdan sonra uşaqlarının qayğısını ana ilə bərabər 72 yaşlı Gülgəz nənə […]

QAC-dan evi yananlara ilk yardım gəldi

Xəbər verdiyimiz kimi, iyunun 21-də Energetik yaşayış massivində, məcburi köçkünlərin məskunlaşdığı 3 saylı qəsəbədə yanğın qeydə alınıb. Yanğınsöndürən briqada alovun qarşısını ala bilsə də, 3 yaşayış evi əşyları ilə birgə yanaraq kül olub. 2 mənzilin isə müəyyən hissələri yanıb. Yanğın zamanı bir neçə insan tüstüdən zərər çəkib. Təcili tibb yardım briqadası onlara hadisə yerində ilkin […]