Browsing tag

Kür çayı

İlham İsmayılov: “Çox məmnunuq ki, “Sahil” parkının qanunsuz “sahibkarlardan” təmizlənməsində media bizə dəstək oldu”

“Dövlət qulluğu güzəştlər əldə etmək deyil, məsuliyyətdir, xalqa xidmət etmək üçün fürsətddir. Cənab Prezidentin dəfələrlə dediyi kimi, biz xalqın qulluqçularıyıq. Təəssüf ki, bəzi dövlət qulluqçuları vəzifələrini ləyaqətlə yerinə yetirmir, nəticədə sadə vətəndaşlar əziyyət çəkirlər ”. Bu fikirləri iyunun 23-də dövlət qulluqçularının peşə bayramında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səsləndirib. Başçı bayram münasibətilə həmkarlarını […]

Kürün suyu niyə azalır?

Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılovun fikrincə, Mingəçevir Su Anbarı, Kür çayı, Əlican çayı, Yuxarı Şirvan və Qarabağ kanalları, eləcə də digər su hövzələri ilə əhatə olunan və  40,199 min hektar əkin sahəsinə malik Yevlax rayonunda suvarma prosesində bəzi çətinliklər yaranır. Belə ki, relyefin dağlı-düzənli olması suyun başlanğıc nöqtəsinə çatdırılmasında itkilərin yaranmasına səbəb […]

Mingəçevirdə qadın özünü Kür çayına atıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Sahil parkı ərazisində baş verib. İntihar məqsədilə özünü Kür çayına atan orta yaşlı qadın ərazidə olan qayıqçı tərəfinfən xilas edilib. Sahilə çıxarılan qadın həkim briqadasına təhvil verilib. Onun Tərtər rayonunun Cəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Həşimova Sveta Yusif qızı olduğu məlum olub. İntihara cəhdin səbəbi məlum deyil. Faktla […]

Mingəçevir su hövzəsində reyd zamanı nə üzə çıxdı?

Son günlər mətbuatda Kür çayının Mingəçevirdən keçən hissəsində qanunsuz balıq ovu edildiyi, torlar qurulduğu barədə xəbərlər yayılıb. Hətta bu torların avarçəkənlərin hərəkətinə də çətinlik yaratdığı bildirilib. Mövcud vəziyyəti yerində yoxlamaq üçün çayın Mingəçevir şəhəri ərazisindən Yevlax rayonunun Varvara  Su Elektrik Stansiyasınadək olan su hövzəsində reyd keçirilib. Su Polisinin və 8 saylı Regional Ekologiya və Təbii […]